Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Sosial / Abşeronda sel suları küçələri basdı — VİDEO

Abşeronda sel suları küçələri basdı — VİDEO

Ölkə ərazisində yağan güclü leysan Abşeron rayonunun Görədil kəndində də bir sıra fəsadlara yol açıb.


Baku TV xəbər verir ki, sel suları yolları, yaşayış evlərinin həyətlərini yuyaraq aparıb.


Sel o qədər güclü olub ki, hətta avtomobil yolunu da keçilməz edib.


Güclü yağış məhəllə arası yollarda kanalizasiya xətlərini də sıradan çıxarıb. 


Məsələ ilə bağlı sakinlərin müraciəti əsasında yerli icra nümayəndəliyi və bələdiyyə əraziyə baxış keçirib. 


Hazırda yaranmış fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Həmçinin oxuyun

DSMF sədri: “6500-dən artıq saxta əlillik işi ləğv edilib”

“Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün istiqamətlərdə sağlamlaşdırma işləri həyata keçirilir. Əsassız pensiyaların ləğv olunması, …