Şənbə , Fevral 24 2024
Ana səhifə / Sosial / Abşeronda küçələri kim təmir edir: İcra Hakimiyyəti, yoxsa Dövlət Agentliyi?

Abşeronda küçələri kim təmir edir: İcra Hakimiyyəti, yoxsa Dövlət Agentliyi?

Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən və ümumi dəyəri 858 min 267 manat 66 qəpik olan 6 tender müsabiqəsinə yekun vurulub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqələrindən birinin qalibi “Topxana Layihə İnşaat” MMC (VÖEN – 2000157981), digər 5 tender müsabiqəsinin qalibi isə “Proqress İnşaat EN” MMC (VÖEN – 2007110451) olub.
İcra Hakimiyyəti Ceyranbatan qəsəbəsində Şah İsmayı Xətai və Seymur Quliyev küçələrində yolların əsaslı təmiri işləri üçün “Topxana Layihə İnşaat” MMC-yə 117 min 415 manat 11 qəpik ödəyəcək.
“Proqress İnşaat EN” MMC-yə isə Aşağı Güzdək qəsəbəsi Tələt Məmmədov küçəsində yolun əsaslı təmiri işləri üçün 23 min 589 manat 49 qəpik, Ceyranbatan qəsəbəsində Nəriman Nərimanov küçəsinin cari təmiri işləri üçün 195 min 564 manat, Saray qəsəbəsi Səttar Bəhlulzadə və Çingiz Qurbanov küçələrində yolun əsaslı təmiri işləri üçün 33 min 775 manat 55 qəpik, Ceyranbatan qəsəbəsi Atatürk adına olan parkın əsaslı təmiri işləri üçün 339 min 359 manat 15 qəpik, Hökməli qəsəbəsində Məhəmməd Füzuli və Mircəmil Miriyev küçələrində yolların əsaslı təmiri işləri üçün 148 min 564 manat 36 qəpik ödəyəcək.
Tender müsabiqəsi ilə bağlı diqqət çəkən məqamlardan biri də odur ki, adı çəkilən qəsəbələrdə yerləşən küçələrdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən davamlı olaraq əsaslı təmir işləri aparılır.
Bu ilin dekabr ayının 13-də Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Abşeron rayonunun Saray qəsəbəsi ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 1,2 milyon manat ayrılıb.

Həmçinin oxuyun

Nikahlanmış azyaşlı qızların yarımçıq hekayəsi

“Məni gecə yatdığım yerdən, evimizdən qaçırdılar. Yorğana büküb apardılar. Cəmi 14 yaşım vardı. Nə baş …