Bazar , Noyabr 28 2021
Ana səhifə / Sosial / Abşeronda daş sexinin fəaliyyəti sakinlərə narahatlıq yaradır – VİDEO

Abşeronda daş sexinin fəaliyyəti sakinlərə narahatlıq yaradır – VİDEO

Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən daş sexindən çıxan toz dumanı evlərə dolur. Bu da ətrafda yaşayan sakinlərin narazılığına səbəb olur.

Sakinlər bildirilər ki, yaşadıqları evin bir neçə metrliyində daş sexi fəaliyyət göstərir. Gecə-gündüz sexdən çıxan toz dumanı onların evlərinə dolur.

Sakinlər dəfələrlə aidyyəti qurumlara məlumat versələr də, onlara cavab verən olmayıb.

Məsələyə aydınlıq gətimək üçün həmin sexə baş çəkdik. Rəhbərlikdən heç kəsi tapa bilməsək də, sexdə çalışan fəhlələrdən biri obyektin Çavuş adlı bir nəfərə aid olduğunu dedi.

Obyektdən şifahi olaraq bildirildi ki, onlar tezliklə başqa əraziyə köçəcəklər. Bununla da vətəndaşların narazılığına son qoyulacaq.

Həmçinin oxuyun

Sabah yağmursuz hava olacaq – PROQNOZ

Noyabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb. Azinforum.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və …