Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Sosial / Abşeronda bir ailənin altı üzvü koronavirusa yoluxdu (VİDEO)

Abşeronda bir ailənin altı üzvü koronavirusa yoluxdu (VİDEO)

Abşeronun Qobu qəsəbəsində koronavirusa yoluxanların sayı artıb.
Baku TV xəbər verir ki, qəsəbədə təkcə ötən gün bir ailənin altı üzvü COVİD-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Abşeron rayon Səhiyyə şöbəsindən verilən məlumata görə isə, Qobu qəsəbəsində bu günə kimi 24 nəfər koronavirus pandemisyasına yoluxub. Onlardan 18 nəfər müalicə olunaraq sağalıb. Ümumi analizin cavabına əsasən koronavirus xəstəsi sayılan altı nəfərdən üçünün vəziyyəti orta ağır, üçünün isə stabildir.
Qobu qəsəbə icra nümayəndəsi Eldar Əhmədov Baku TV-yə bildirdi ki, koronavirusa yoluxan ailənin üzvləri qəsəbənin Xəlil Rza küçəsində yaşayan sakinlərdir.
Hazırda rayonda mövcud vəziyyət tam nəzarətə götürülüb.

Həmçinin oxuyun

Azərbaycanda rekord sayda koronavirusa yoluxma

Azərbaycanda koronavirusa (COVID-19) 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə …