Şənbə , Sentyabr 23 2023
Ana səhifə / Sosial / Abşeron-Xızı Regional Təhsil İdarəsini 10 manatlıq şirkət təmir edəcək

Abşeron-Xızı Regional Təhsil İdarəsini 10 manatlıq şirkət təmir edəcək

Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin keçirdiyi tender müsabiqəsinin qalibi “Sənaye və Mülki Tikinti-E-93” MMC olub.

Yeniavaz.com xəbər verir ki, “Sənaye və Mülki Tikinti-E-93” MMC Abşeron-Xızı Regional Təhsil İdarəsini əsaslı təmir edəcək.

Əsaslı təmir işlərinin satınalınmasına görə İdarə “Sənaye və Mülki Tikinti-E-93” MMC-yə 1 milyon 240 min 73 manat 94 qəpik ödəyəcək.

Nizamnamə kapitalı 10 manat olan “Sənaye və Mülki Tikinti-E-93” MMC-nin hüquqi ünvanı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 10, mənzil 10 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Vəliyev Yavər Şirin oğludur.

Həmçinin oxuyun

Rəqsanə İsmayılova “sələmçi polis rəisinin” onun evini mənimsədiyini deyir

“Nəyə görə Polis İdarəsində işləyən rəis insanlara pul verib, camaatı aldatmalıdır?” Bu sözləri müğənni Rəqsanə …