Cümə axşamı , Oktyabr 17 2019
Ana səhifə / Sosial / ABŞ vitse-prezidenti Qafqaza gəlir

ABŞ vitse-prezidenti Qafqaza gəlir

ABŞ vitse-prezidenti Maykl Pens gələn ay Tiflisə səfər edəcək.

Bu barədə Birləşmiş Ştatların Gürcüstandakı səfirliyi məlumat yayıb. “Vitse-prezident prezident Georgi Marqvelaşvili, baş nazir Georgi Kvirikaşvili və digər rəsmilərlə görüşəcək. Habelə o, “Noble Partner-2017” (“Layiqli tərəfdaş”) hərbi təlimlərinə qatılan Amerika və Gürcüstan hərbçilərinə baş çəkəcək”-səfirliyin bəyanatında deyilir.

NATO-nun Gürcüstanda çoxmillətli təlimləri iyulun 30-da başlayacaq. Bu, sayca üçüncü “Noble Partner” təlimləridir və gözlənilir ki, bu dəfəki təlimlər daha irimiqyaslı olacaq. Manevrlər Gürcüstanın Vaziani bölgəsində NATO-nun maliyyəsi ilə açılmış yeni hərbi bazada keçiriləcək. Bu ilki təlimlərdə Ermənistan, Gürcüstan, ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Sloveniya və Ukrayna daxil olmaqla səkkiz ölkənin silahlı qüvvələrinin nümayəndələri iştirak edəcək. Azərbaycan hərbçiləri təlimlərə qatılmayacaq.

ABŞ vitse-prezidentinin səfərini şərh edən baş nazir Kvirikaşvili bildirib ki, iki ay əvvəl onun başçılıq etdiyi gürcü nümayəndə heyəti Vaşinqtonda səfərdə olanda o, Maykl Penslə görüşüb və Gürcüstana səfərə dəvət edib. “Bu, ABŞ tərəfdən Gürcüstana dəstək baxımından çox mühüm addımdır”-Kvirikaşvili özünün Facebook səhifəsində yazıb.

Maykl Pens ABŞ-ın indiki administrasiyasının Qafqaz regionuna səfər edəcək ilk yüksək rütbəli nümayəndəsidir. Mayın əvvəllərində Maykl Pensin dəvəti ilə Kvirikaşvili Vaşinqtona səfər edib. Rusiya ilə “mehriban münasibətlər” qurmağa can atan və bu üzdən hazırda küncə sıxışdırılmış duruma düşən prezident Donald Trampdan fərqli olaraq vitse-prezident Maykl Pens Moskvaya qarşı sərt xətt tərəfdarıdır, Gürcüstan və Ukrayna kimi Rusiyanın təsirindən azad olmaq istəyən ölkələrə dəstəyin artırılmasını istəyənlərdən biridir. (Virtualaz.org)

Həmçinin oxuyun

Çoxmənzilli binaların liftləri: siyahıda dəyişiklik edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi …

Bir cavab yazın