Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / ABŞ səfiri Xocalı şahidlərini dinləməyə tab gətirmədi

ABŞ səfiri Xocalı şahidlərini dinləməyə tab gətirmədi

ABŞ səfiri Robert Sekuta və xanımı Goranboyda Xocalıdan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə oldu.

Səfir mənə dedi ki, Xocalı soyqırımının şahidlərini eşitmək istəyir. Mən bir neçə hadisə şahidi tapdım. Səfir və xanımının iki nəfəri dinlədikdən sonra qalan şahidləri dinləməyə gücü çatmadı. Xocalı soyqırımının şahidlərinin dediklərindən sonra səfirin xanımının halı pisləşdi.

Bunu Xocalı rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş dəyirmi masada çıxışı zamanı deyib.

Xocalıdan olan məcburi köçkünlərin respublikanın müxtəlif rayonlarında məskunlaşdığını vurğulayan icra başçısı bildirib ki, Azərbaycan dövləti, Azərbaycan prezidenti İlham Əliyev Xocalı soyqırımının dünyada tanıdılmasında böyük işlər görür. (APA)

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın