Ana səhifə / Sosial / ABŞ səfiri AMİP-də

ABŞ səfiri AMİP-də

Bu gün Azərbaycan Milli İstiqlal Partiyasının müvəqqəti Mərkəzi Qərərgahında AMİP rəhbərliyi ilə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfiri cənab Robert F. Sekuta arasında görüş keçirilib. Bu barədə Azinforum.az-a partiyanın mətbuat xidmətindən məlumat veriblər. Görüşdə Azərbaycan Milli İstiqlal Partiyasını AMİP sədri Yusif Bağırzadə, AMİP Baş katibi Arzuxan Əlizadə və AMİP Beynəlxalq əlaqələr katibi Elşən Mustafayev təmsil edib.
Görüş zamanı əsasən Azərbaycanda keçiriləcək Parlament seçkiləri, xüsusilə də Avropa Parlamentində Azərbaycanla əlaqədar qəbul edilmiş qətnamə və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqqları Bürosu tərəfindən parlament seçkilərinə müşahidə missiyası göndərilməməsi fonunda seçkiöncəsi vəziyyət, AMİP-in seçkilərdə iştirakı və digər məsələlər müzakirə olunub.

Tərəflər Azərbaycanın regiondakı rolu, ölkənin Avropa məkanına inteqrasiyası, bu istiqamətdə siyasi partiyaların rolu və AMİP-in beynəlxalq əlaqələri ilə bağlı məsələləri də müzakirə etmişlər. ABŞ Səfirini görüşdə Səfirliyin Siyasi İşlər üzrə Müşaviri xanım Syuzan Çesli müşaiyət edib.

Azinforum.az

Həmçinin oxuyun

“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” – Deputat

“Şəkər xəstələrinin istifadə etdikləri “Synjardy” adlı dərman preparatının son iki ildir, bir qutusu 72-74 manata …

Bir cavab yazın