Ana səhifə / Sosial / ABŞ Qənimət Zahidin partizan jurnalistikasına milyonlarla dollar ayırır!

ABŞ Qənimət Zahidin partizan jurnalistikasına milyonlarla dollar ayırır!

Eynulla Fətullayev

ABŞ prezidenti Donald Trampın xarici siyasətinin məhək daşı “başqalarının işlərinə müdaxilə etməmək və izolyasionizm”dir. Trampın böyük Amerika xəyalı qloballaşmaya can atan superderjava hesabına yox, öz dövlətinin və xalqının rifahı uğrunda mübarizə sayəsində həyata keçməlidir. Budur, artıq Amerika xalqı tarixin ayrıca subyekti rolunda çıxış edir.

Faktiki olaraq birinci Soyuq müharibənin elanı günündən keçən son 60 il ərzində nəhəng dövlətin roluna yenidən baxılır. Bundan sonra Amerika xalqı, məxmər siyasi genişlənmə üçün təsirli və əvəzolunmaz silah olmuş demokratiyanın qloballaşdırılması nəzəriyyəsindən imtina edir- halbuki vaxtilə Amerika dövləti üçüncü dünya ölkələrinin siyasi həyatına məhz onunla soxulur, öz təsir dairəsini genişləndirir və bölünməz hakimiyyətini qururdu.

Tramp amerikalıların uzun və demək olar ki, həyata keçməyən ümidlərinin təcəssüm etməsidir, hansı ki, öz üzərinə yol göstərən mayak rolunu və dünyanın taleyi üçün məsuliyyət yükünü götürməkdən yorulub. Bundan sonra dünya özü-üzünə həvalə edilir və artıq bir dövlət dünya tarixinin gedişini və başqa xalqların gələcəyini qabaqcadan müəyyən etməyə başlamayacaq, o yad siyasi iradəni başqalarına qəbul etdirməkdən yorulub.

Siyasi sülh genişlənməsinin həyata keçirilməsindən sonra Amerika dövləti ön mövqeyi “liberal dəyərlər sistemi” adlandırılan vətəndaş cəmiyyətini formalaşdırdı – dördüncü sosial hakimiyyəti, hansı ki, siyasi vəziyyətə müvafiq olaraq kütləvi şüura təsir etmə və manipulyasiya etmə nəzəriyyəsini onun vasitəsilə həyata keçirirdi. Və əl rejimində idarə olunan bu vətəndaş cəmiyyətinin bədnam ehramı beynəlxalq donorların maliyyə resurslarının hesabına tikilirdi, hansıların ki, əksəriyyəti Amerika paytaxtında yerləşirdi, Dövlət Departamentindən, Mərkəzi Kəşfiyyat İdarəsindən və ya Konqresdən idarə olunurdu və Amerika vergi verənlərinin hesabına maliyyələşdirilirdi.Bu klassik sxem Vaşinqtonun maraqlarının orbitinə qoşulmuş bütün ölkələrə uyğunlaşdırılırdı.

Sərt Soyuq müharibə dövründə, keçən əsrin 60-cı illərinin sonlarında, daha dəqiq desək, “Praqa yazı” anından IREX təşkilatı – Beynəlxalq tədqiqatların və mübadilənin Amerika məsləhət şurası yaradılmışdı. Bax, IREX hələ onda öz coğrafi və geosiyasi prioritetlərinin miqyasını müəyyən etdi (daha doğrusu, onun üçün müəyyən etdilər), hara ki, Şərqi və Mərkəzi Avropa ölkələri və əlbəttə, SSRİ (sonradan postsovet məkanı) daxil edilmişdi.

IREX bu ölkələrdə əsas diqqətini daha çox kütləvi informasiya vasitələrlərinin yaradılmasına və maliyyələşdirilməsinə yönəltdi, hərçənd ki, təşkilatın mandatı daha geniş humanitar üfüqləri əhatə edirdi, elmi fəaliyyətə və tədqiqatlara qədər. KİV-in yaradılması və sonradan dəstəklənməsi, xüsusilə də tele-radio sahəsində, böyük xərclər tələb edir, amma nədənsə bu Amerika təşkilatı digər medialayihələri, xüsusən də dövlət əleyhinə fəaliyyət göstərən KİV-ləri bolluca maliyyələşdirdi. Çünki qarşıya qoyulan əsas prioritet məqsəd dövlətin öz KİV-nə təsirini azaltmaq, onun informasiya təhlükəsizliyinin, özünəyetərli suveren siyasətinin müdafiəsində rolunu məhdudlaşdırmaqdır.

Biz IREX-in Azərbaycandakı rolunun açılmasına dəfələrlə cəhd etmişik. İki il əvvəl, bizim jurnalist araşdırmamızdan sonra hüquq-mühafizə orqanları Bakıda IREX nümayəndəliyində ciddi yoxlama apardılar.

Yeri gəlmişkən, təşkilatın Azərbaycan nümayəndəliyinin əsas donoru, keçən dəfə qeyd etdiyimiz kimi, ABŞ-ın Byenəlxalq İnkişaf Agentliyi USAİD-dir. 2004-2010-cu illər ərzində özünü müstəqil adlandıran, əslində isə tam müxalifyönümlü olan KİV-lərin inkişafına İREX 5.7 milyon dollar ayırıb! 2010-2014-cü illər ərzində isə təşkilat “ölkədə tənqidi səslərin” yaradılması və gücləndirilməsi üçün “Azərbaycanda yeni media” layihəsi adı altında 6 milyon dollar alıb.

İREX-in “yeni media” dedikdə nəyi nəzərdə tutduğu haqda ancaq təxmin yürütmək olar, hərçənd ki, həmin Amerika təşkilatı “humanitar yük” adı altında və müvafiq gömrük rəsmiləşdirməsi aparmadan Azərbaycanda müxalifyönümlü KİV-lər üçün xüsusi orqtexnika daşıyıb. Ölkədə 13 milyon dollar nəyə və hansı öhdəliklər əsasında xərclənib ki, burada müxalifət və liberal cameə hələ də sanballı, effektiv və populyar tənqidi KİV yarada bilməyib? Bu, indiyə qədər böyük sual kimi qalır.

Yeni Tramp administrasiyası və Dövlət Departamentinin nümayəndələri üçün tamamilə yerinə düşər ki, amerikalı vergiödəyicilərinin pullarının bu cür sağa-sola səpələnməsi ilə bağlı xidməti araşdırma başlatsınlar. Axı amerikalıların pullarının açıq-aşkar talan edilməsi ortadadır. Göstərilən vəsaitlər bir rəngli inqilaba bəs etməzdi, ancaq qrant pullarının son ünvanı qlobal layihənin korrupsion məzmunu barədə şübhə yeri qoymur.

Yüz minlərlə və ya milyonlarla dollar Rəşid Hacılının “Media Hüququ İnstitutu”na, RATİ-nin hamıya tanış olan rəhbəri Emin Hüseynova, “Qafqaz Media” araşdırmalar mərkəzinin rəhbərləri Anar və Əziz Orucovlara, Rəsul Cəfərovun “İnsan haqları klubu”na, demokratiyanın tezliklə qələbəsinə və hakimiyyət dəyişikliyinə dair vədlər verən digər fəallara ayrılıb. Nəticədə demokratiyanın atası vaxtaşırı olaraq öz həmkarları tərəfindən vəsaitlərin məqsədyönümlü istifadə olunmadığına dair ittihamlarla üzləşir. Cəmi bir neçə həftə əvvəl azərbaycan inqilabının anası Xədicə İsmayılova sosial şəbəkələrdə Emin Hüseynovu ötən günlərin işlərinə görə yıxıb sürümüşdü-söhbət “partiyanın pullarının” oğurlanmasından və mənimsənilməsindən gedirdi.

İREX-in Azərbaycan nümayəndəliyinin maxinasiyalarının üzə çıxması ilə bağlı qalmaqal, orqtexnikanın “humanitar yük” adı altında ölkəyə daxil edilməsi təşkilatın Bakı ofisində maliyyə sənədlərinin ətraflı araşdırılması üçün əsas olub. Hüquq-mühafizə orqanları təşkilatın 435 min manat həcmində vergidən yayındığını müəyyən edib. Araşdırma nəticəsində Azərbaycan hüquq-mühafizə orqanları müəyyən edib ki, İREX-in nümayəndəliyi ABŞ-la Azərbaycan arasında 2000-ci ildə “Yardım çatdırılmasının asanlaşdırılmasıa dair əməkdaşlıq” barədə əldə olunmuş razılaşmanın arxasında gizlənərək “demokratikləşmə” və “söz azadlığı” layihələri üzrə nəzərdə tutulan yükləri “humanitar yük” kimi qələmə verib, bununla da vergilərdən yayınıb.

Baş prokurorluq cinayət işi qaldırdı və bundan sonra İREX-in ofisinin rəhbəri Angela Nikoara biabırcasına ölkədən qaçdı. Təşkilat imicini xilas etmək üçün və Vaşinqtondakı baş ofisdə qalmaqalın yaranacağını nəzərə alaraq 2014-cü ilin sentyabrında Bakı nümayəndəliyini bağlamağı qərara aldı.

Bu günə qədər İREX Azərbaycan qanunlarını pozmağa görə cərimə sanksiyalarını və vergiləri ödəməyib. “Demokratikləşmə” üzrə yüklərin “humanitar yüklər” adı altında daşınmasını davam etdirməyin mümkün olmadığını görən İREX başqa taktikaya əl atdı-Azərbaycan hökuməti ilə virtual müharibəyə.

İmperialist damğalı Amerika “humanitar təşkilatı” özünün “yeni demokratik KİV-lər” layihəsinin iflasa uğramasından sonra “partizan jurnalistikasına” üstünlük verdi. İREX daxili siyasi kolliziyalara açıq-aşkar cəlb olunaraq radikal müxalifətin Avropadakı mühacir mərkəzinin lideri və partizan Cəbhəsinin ruporu Qənimət Zahidi maliyyələşdirməyə başladı.

Və budur, İREX Fransada Azərbaycana qarşı həyata keçirilən yeni meqalayihəni maliyyələşdirməyə hazırlaşır. 2017-ci il yanvarın əvvəllərində Qənimə Zahidə ayrıca telekanalın-“Turan TV”nin yaradılması barədə qərar verilib. Diqqət yetirin, indiki halda İREX Azərbaycanda siyasi mübarizəyə qoşulur, yaxud indiki hökuməti devirməyi qarşısına məqsəd qoyan qüvvələrin donoru qismində çıxış edir! Konkret halda İREX və onun himayədarlarına müstəqil jurnalistikanı dəstəkləmək barədə liberal ritorikanın arxasında gizlənmək nəsib olmayacaq. Qənimət Zahidin və Əli Kərimlinin müstəqil jurnalistikaya dəxli yoxdur, bu ikili ölkədə hakimiyyət uğrunda mübarizənin iştirakçısı və mövcud subyektidir. Özü də heç də dinc olmayan vasitə və üsullarla!

Bir neçə həftə əvvəl İREX-in təlimatçıları-ekspertləri xüsusi vəzifə ilə Qənimət Zahidin partizan jurnalistikası ilə məşğul olduğu Fransaya gediblər. Təlimatçılar Qənimət Zahid və 15-ə yaxın azərbaycanlı jurnalist üçün xüsusi treninq-kurslar təşkil etmək missiyası ilə gediblər, məqsəd onları gələcək telekanalda işə hazırlamaqdır. Onlara sosial şəbəkələrdə informasiya diversiyasının müasir və operativ metodologiyalarını,  virtual aləmdə narazı kütlə ilə işləməyi öyrədirlər.

İlkin məlumatlara görə Əli Kərimlinin və narazıların inqilabi hissəsinin ruporu kimi Turan TV layihəsi “Azərbaycanda KİV-lərin dəstəklənməsinə dair fəaliyyət” layihəsi çərivəsində həyata keçiriləcək. Azərbaycan müxalifətinin telekanalına 2.4 milyon dollara yaxın vəsait ayırmaq planlaşdırılır. Mötəbər mənbələrin məlumatına görə telekanalın yaradılması layihəsində USAD də iştirak edir.

Hələ 2014-cü ilin mayında ABŞ-ı bu hökumət agentliyi həmin məqsədlə, praktiki olaraq gizlicə bu layihənin həyata keçirilməsi üçün müsabiqə elan edib. Nəyə görə xəlvəti? Ona görə ki, həmin qrantın Qənimət Zahidin TV layihəsinə yönələcəyinə dair informasiyanın sızmasından sonra USAİD tender barədə informasiyanı öz saytından sildi və  bu müsabiqəni praktiki olaraq qapalı rejimdə keçirdi!

Trampın proqram bəyanatlarının və inauqurasiya nitqinin fonunda nə baş verir? Amerikanın siyasi və humanitar nümayəndəliyi Birləşmiş Ştatların yeni doktrinasına baxmayaraq başqa ölkənin daxili işlərinə kobud müdaxilə edir, özü də hökumət səviyyəsində, Amerika xəzinəsinin hesabına Azərbaycanın milli-satqın müxalifətinin hakimiyyət uğrunda parlamentdən kənar, küçə mübarizəsini seçən barışmaz avanqardını açıq maliyyələşdirir, qarşı düşərgədə tərəf tutur.

Bu haqda Vaşinqtonda bilirlərmi? Ağ Evdə İREX-in və USAİD-in Azərbaycan hakimiyyətinə qarşı davakar mövqedə olan telekanalın donoru olduqlarından xəbərləri varmı?

Azərbaycan XİN və Vaşinqtondakı səfirlik Ağ Ev administrasiyasına hələ də Hillari Klintonun göstərişləri əsasında hərəkət edən İREX-i və USAİD-in təşəbbüsləri barədə ləngimədən məlumat verməlidir. Və üstəlik Azərbaycan hökuməti nəyə görə USAİD-in ölkə ərazisində fəaliyyətinə imkan verir, xüsusən də hələ bir neçə il bundan əvvəl müxalifətin maliyyələşdirilməsinə dair layihələrin əsl məqsədinin üzə çıxdığı, onun 2013-cü ildə feysbuk inqilabı cəhdində və davakar müxalifətin bir çox cərəyanlarının dəstəklənməsində fəal iştirakının məlum olduğu bir vaxtda?

Azərbaycan XİN-in və Vaşinqtondakı səfirliyimizin reaksiyasını gözləyirik…

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın