Şənbə , Oktyabr 19 2019
Ana səhifə / Sosial / ABŞ-ın Qarabağla bağlı mövqeyi dəyişməyib

ABŞ-ın Qarabağla bağlı mövqeyi dəyişməyib

“ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməyib. Biz ATƏT-in Minsk qrupunun həmsədrləri, həmçinin Azərbaycan və Ermənistan hökuməti ilə münaqişənin həlli istiqamətində çalışırıq”.

Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

O, xatırladıb ki, ötən həftə ATƏT-in Minsk qrupunun həmsədrləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşüblər. Səfir xatırladıb ki, həmçinin BMT Baş Assambleyası çərçivəsində görüş gözlənilir.
“ABŞ bu münaqişənin həllini vacib hesab edir. Biz hesab edirik ki regionda sabitlik, sülh və rifahən təmin olunmaslı üçün münaqişə tərəflərinin bir araya gəlməsi və bu istiqamətdə çalışmalıdır”, – deyə Robert Sekuta bildirib.

Səfir əlavə edib ki, ABŞ Azərbaycan hökuməti ilə bunu həlli istiqamətində çalışır.

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin Azərbaycana və Ermənistana müdafiə silahların satılması ilə bağlı açıqlamasına münasibət bildirən səfir deyib ki, ABŞ-ın Azərbaycanla hərbi sahədə əməkdaşlığı mövcuddur. O, xatırladıb ki, Azərbaycanın Silahlı Qüvvələri NATO ilə Əfqanıstanda çiyin-çiyinə savaşırlar. (Report)

Həmçinin oxuyun

Sosial müavinətlər və təqaüdlərə görə ayrılan vəsait 2 dəfə artırılır

Gələn ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 3 244,6 mln. manat …

Bir cavab yazın