Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / “ABŞ hər zaman Azərbaycanı dəstəkləyəcək” – Robert Sekuta

“ABŞ hər zaman Azərbaycanı dəstəkləyəcək” – Robert Sekuta

ABŞ-ın Müstəqillik Günü münasibəti ilə bu ölkənin Azərbaycandakı səfirliyində rəsmi qəbul keçirilib.

Qəbulda çıxış edən səfir Robert Sekuta bildirib ki, müstəqilliyin 241 illiyi ABŞ-la Azərbaycanın diplomatik münasibətlərinin 25 illiyinə təsadüf edir:

“Azərbaycanda ilk müstəqillik 1918-ci ildə elan olunub. Bu dövlət qadınlara səsvermə hüququ verən il respublika olub. Bu, ABŞ-dan daha əvvəl olub və Azərbaycan haqlı olaraq bununla fəxr edir”.

Səfir bildirib ki, müstəqilliyinin ilk günlərindən ABŞ hər zaman Azərbaycanın yanında olub: “Biz müstəqil, sabit inkişaf edən və demokratik Azərbaycanı hər zaman dəstəkləyəcəyik”.

Robert Sekuta jurnalistlərə açıqlamasında isə bildirib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə sadiqdir.

Diplomatın fikrincə, bu yaxınlarda baş verən dəhşətli hadisə göstərdi ki, münaqişənin həlli üçün dinc, danışıqlar yolu ilə irəliləmək vacibdir: “Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Münaqişə tərəfləri bir araya gələrək münaqişənin danışıqlar və sülh yolu ilə nizamlanmasına nail olmalıdır”.

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …

Bir cavab yazın