Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / ABŞ dün­ya nə­həng­lə­ri­nin iq­lim sə­nə­di­ni ni­yə im­za­la­ma­dı…

ABŞ dün­ya nə­həng­lə­ri­nin iq­lim sə­nə­di­ni ni­yə im­za­la­ma­dı…

 

ABŞ is­tis­na ol­maq­la, G20 sam­mi­ti­nin bü­tün iş­ti­rak­çı­la­rı iq­lim də­yi­şik­li­yi ilə bağ­lı öh­də­lik­lə­rə sa­diq ol­duq­la­rı­nı təs­diq­lə­yib. Ham­burq­da qə­bul edi­lən bə­yan­na­mə ABŞ-ın iq­lim də­yi­şik­li­yi­nə da­ir Pa­ris sa­zi­şin­dən çıx­dı­ğı­nı qeyd edir.
ABŞ pre­zi­den­ti Do­nald Tramp ra­zı­laş­ma­dan çıx­dı­ğı­nı ötən ay elan et­miş­di.
Cü­mə və şən­bə gü­nü ke­çi­ri­lən da­nı­şıq­lar­da ABŞ-la di­gər öl­kə­lə­rin möv­qe­lə­ri ara­sın­da­kı fər­qi ara­dan qal­dır­maq müm­kün ol­ma­yıb. Al­ma­ni­ya kans­le­ri An­ge­la Mer­kel da­nı­şıq­la­rın “çox çə­tin” keç­di­yi­ni bil­di­rib.
Nü­ma­yən­də he­yət­lə­ri ye­kun bə­yan­na­mə­də əks olu­na­caq ifa­də­lə­ri ra­zı­laş­dır­maq üçün sə­hə­rə­dək iş­lə­ri­ni da­vam et­di­rib.
G20-nin (İyir­mi­lər Qru­pu) zir­və gö­rü­şü 19 öl­kə və Aİ-ni bir ara­ya gə­ti­rir.
Al­ma­ni­ya­nın Ham­burq şə­hə­rin­də yer alan dün­ya li­der­lə­ri­nin fo­ru­mu eti­raz­lar fo­nun­da ke­çib. Nü­ma­yiş­çi­lər Do­nald Tramp­la Vla­di­mir Pu­ti­nin sam­mi­tə qa­tıl­ma­sı­na və so­si­al əda­lət­siz­li­yə eti­raz edib. On­lar, həm­çi­nin, iq­lim də­yiş­mə­si­nə diq­qət ye­tir­mə­yə ça­ğı­rıb.
Qeyd edək ki, Tür­ki­yə ABŞ-ın qə­ra­rı sə­bə­bin­dən iq­lim üz­rə Pa­ris sa­zi­şi­ni hə­lə ki, ra­ti­fi­ka­si­ya et­mə­yə­cək. Bu­nu G20 sam­mi­ti za­ma­nı Tür­ki­yə pre­zi­den­ti Rə­cəb Tay­yib Ər­do­ğan bil­di­rib.

ABŞ-ın iq­lim də­yi­şik­li­yi­nə da­ir Pa­ris sa­zi­şin­dən çıx­ma­sı sə­bə­bi­ni nə ilə izah et­mək olar?

Və­tən­daş və İn­ki­şaf Par­ti­ya­sı­nın səd­ri Əli Əli­yev “Bakı-Xəbər”ə açıq­la­ma­sın­da bil­dir­di ki, de­yi­lən sə­nə­də yal­nız eko­lo­ji as­pekt­dən bax­maq la­zım de­yil:

“Za­hi­rən eko­lo­ji sə­nəd ki­mi gö­rün­sə də, Pa­ris sa­zi­şi özün­də bö­yük iq­ti­sa­di məh­ru­miy­yət­lə­ri cəm­lə­yir. Bu­na həm də si­ya­si sə­nəd de­mək olar. Çün­ki si­ya­sə­ti iq­ti­sa­diy­yat­sız tə­səv­vür et­mək müm­kün de­yil. Tram­pın bu sə­nəd­dən im­ti­na edə­cə­yi göz­lə­ni­lən idi. Çün­ki seç­ki kam­pa­ni­ya­sın­da ABŞ iq­ti­sa­diy­ya­tı­nı dir­çəl­də­cə­yi­lə bağ­lı bö­yük vəd­lər ve­rən Tramp Pa­ris sə­nə­din­də nə­zər­də tu­tu­lan müd­dəa­la­rı qə­bul edə bil­məz­di. On­da o, nə­zər­də tu­tu­lan hə­dəf­lə­rə çat­ma­mış olar. Xü­su­si­lə də sə­nəd­də ABŞ-da güc­lü in­ki­şaf edən me­ta­lur­gi­ya sə­na­ye­si is­ti­qa­mə­tin­də mü­əy­yən qa­da­ğa­la­rın tət­bi­qi nə­zər­də tu­tu­lur. Tramp G-20 sam­mi­tin­də Oba­ma ad­mi­nis­tra­si­ya­sı­nın iq­ti­sa­di si­ya­sə­tin­dən im­ti­na et­di­yi­ni or­ta­ya qoy­muş ol­du. Çün­ki bun­dan əv­vəl­ki sa­ziş­də dün­ya­nın iri is­teh­sal­çı­la­rı olan Çin və ABŞ Pa­ris sə­nə­di­nə im­za atıb. Çox gü­man ki, Çin də sə­nə­di ra­ti­fi­ka­si­ya et­mə­mək zo­run­da qa­la­caq. Çün­ki ABŞ-la rə­qa­bət­də olan hə­min öl­kə is­teh­sal­da ge­ri qa­la bi­lər. Al­ma­ni­ya və Fran­sa sam­mit­dən əv­vəl ABŞ-a ul­ti­ma­tiv bir bə­ya­nat ün­van­la­yıb bil­di­rir­di­lər ki, Tram­pın sə­nə­di im­za­la­ma­ya­ca­ğı təq­dir­də Aİ ilə ABŞ-ın mü­na­si­bət­lə­rin­də sə­rin­lik ya­ra­na bi­lər. An­caq, gö­rü­nür, Tramp ABŞ iq­ti­sa­diy­ya­tı­nı dir­çəlt­mə­yi da­ha məq­sə­də­uy­ğun sa­yıb ki, öl­kə­si­nin gü­cü­nü da­ha da ar­tı­ra bil­sin. Dü­şü­nü­rəm ki, ABŞ-ın im­ti­na­sı sə­nəd­lə bağ­lı mü­za­ki­rə­lə­ri açıq sax­la­mış ola­caq və yə­qin ki, bir çox öl­kə im­ti­na edə­cək. Ar­tıq Tür­ki­yə də sə­nəd­lə bağ­lı möv­qe­yi­ni ABŞ-ın at­dı­ğı ad­dım­la izah et­di”.

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Həmçinin oxuyun

Yanan obyektlərin sığorta problemi

2011-ci ildən ölkədə daşınmaz əmlakın sığortalanmasının icbari olmasına baxmayaraq, bu sahədə ciddi boşluqlar var. “EuroHome”, …

Bir cavab yazın