Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / ABŞ Azərbaycan vətəndaşlarına viza tətbiqi ilə bağlı heç bir dəyişiklik etməyib – Səfirlik

ABŞ Azərbaycan vətəndaşlarına viza tətbiqi ilə bağlı heç bir dəyişiklik etməyib – Səfirlik

ABŞ-ın Azərbaycan vətəndaşlarına aid viza ilə bağlı tələblərində heç bir dəyişiklik olmayıb.

Bunu bəzi saytlarda ABŞ prezidentinin Azərbaycan vətəndaşları üçün sərbəst viza rejimi təsdiq etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirən ABŞ-ın Azərbaycandakı səfirliyi bəyan edib.

Səfirlik Amerika Birləşmiş Ştatlarının prezidenti tərəfindən verilən sərəncamlarla bağlı son məlumatları “www.whitehouse.gov” saytından, viza qaydaları və prosedurları haqda məlumatları isə “www.travel.state.gov” və “azerbaijan.usembassy.gov” saytlarından əldə etməyin mümkün olduğunu diqqətə çatdırıb.

APA

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın