Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Abdullah Gülün oğlunun referendumda “hayır” dediyi üzə çıxdı – “Əksinə “evet” desəydi təccüblənərdik”

Abdullah Gülün oğlunun referendumda “hayır” dediyi üzə çıxdı – “Əksinə “evet” desəydi təccüblənərdik”

Keçmiş Türkiyə prezidenti Abdullah Gülün İngiltərədə təhsil alan oğlu Mehmet Əmrə Gülün referendum zamanı “hayır” dediyi üzə çıxıb.

Avropa.info xəbər verir ki, 11-ci prezident Abdullah Gülün 26 yaşlı oğlu Əmrə Gül, 13 aprel günü günorta saatlarında Sabiha Gökçən Hava Limanı Gömrük Qapısına gələrək səs verib.
Mehmet Əmrə Güllə yanaşı daha bir nəfər həmin yerdə səs verib. Bütövlükdə həmin seçki məntəqəsində 2 səs verilib, seçki qutusundan çıxan hər iki səs “hayır” olub.

Mehmet Əmrə Gülün “hayır” səsi verməsindən sonra, bu hadisə sosial mediada xeyli müzakirə olunub. Bəzi sosial media istifadəçiləri “Təccübləndik? qətiyyən yox. Əksinə, “evet” desəydi təccüblənərdik” kimi şərhlər yazıblar.

11-ci prezident Abdullah Gülün mətbuat müşaviri Əhməd Sevər isə Mehmet Əmrə Gülün İngiltərədən vətənə dönüşü zamanı sərhəd qapısında səs verdiyini təsdiqləyib. Lakin, onun səsvermədə nə dediyindən xəbəri olmadığını bildirib. “Başqa məlumatım yoxdur.”

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın