Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Abdullah Güldən İlham Əliyevə dəstək zəngi

Abdullah Güldən İlham Əliyevə dəstək zəngi

Türkiyə Respublikasının 11-ci prezidenti Abdullah Gül aprelin 5-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə telefonla zəng edib.

Məlumatı Azərbaycan prezidentinin mətbuat xidməti yayıb.

Abdullah Gül, cəbhə xəttində erməni işğalçı qüvvələrinin hücumlarının qarşısını qəhrəmancasına alarkən Azərbaycan əsgərlərinin və mülki şəxslərin həlak olması ilə əlaqədar dövlətimizin başçısına və xalqımıza başsağlığı verib və Türkiyə dövlətinin və xalqının daim Azərbaycan dövləti və xalqının yanında olduğunu vurğulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib. Dövlət başçısı Abdullah Gülün Türkiyə Respublikası prezidenti vəzifəsində çalışdığı illərdə və bu gün də Azərbaycan ilə Türkiyə arasında münasibətlərin möhkənlənməsində böyük rol oynadığını vurğulayıb.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın