Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Abdullah Gül ilk dəfə danışdı – “Bəzi dostlar hörmətsiz şəkildə…”

Abdullah Gül ilk dəfə danışdı – “Bəzi dostlar hörmətsiz şəkildə…”

CHP-nin Antalya üzrə millət vəkili Dəniz Baykalın eks-prezident Abdullah Gülün AKP-yə üzvlüyü ilə bağlı “Abdullah Gülün namizədliyini 49 faiz seçici dəstəkləyə bilər. O, namizəd olarsa, bu, dəyərləndirilməlidir” açıqlaması ölkə gündəmini zəbt edib.

“Qafqazinfo” “Milliyet”ə istinadən xəbər verir ki, Türkiyənin 11-ci prezidenti Abdullah Gül haqqında yayılan iddialarla bağlı ilk dəfə danışıb.

“Bu yaxınlarda siyasətçilərdən biri partiyadaxili məqsədləri üçün verdiyi açıqlamada mənim də adımı hallandırıb. Doğrusu, mənimlə bağlı söylədikləri haqda heç ciddi düşünmürəm. Lakin görürəm ki, bəziləri onun dediklərini düşünürlər. Hətta bəzi dostlar hörmətsiz şəkildə mənim nə etməli olduğumu, nə söyləməli olduğumu mənə məsləhət edəcək qədər irəli getdilər. Buna çox kədərləndim”, – deyə A. Gül bildirib.

 

Həmçinin oxuyun

Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir – VİDEO

Paytaxtın mərkəzi küçələrindən birində yerləşən Səməd Vurğun bağındakı oturacaqların bir çoxu yararsız vəziyyətdədir. Sözügedən bağdakı …

Bir cavab yazın