Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Abdullah Gül Bakıda “Şəhidlər məscidi”ni ziyarət etdi

Abdullah Gül Bakıda “Şəhidlər məscidi”ni ziyarət etdi

Azərbaycanda səfərdə olan Türkiyənin 11-ci prezidenti Abdullah Gül bu gün Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarət edib.
Abdullah Gülü Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral müşayiət edib.
Abdullah Gül Şəhidlər Xiyabanınınn yaxınlığında yerləşən “Şəhidlər məscidi”ndə də olub.
Məscidlə tanış olan Abdullah Gül daha sonra Türkiyənin Azərbaycan səfirliyinin Diyanət İdarəsi Nümayəndəliyini ziyarət edib. Türkiyənin eks-prezidenti burada çay süfrəsi ətrafında söhbət edib.
Abdullah Gül Bakıya səfərinin onda xoş xatirələr yaratdığını söyləyib: “Hər dəfə Azərbaycana səfər edəndə özümü Vətənimdə hiss edirəm. Azərbaycan bizim üçün doğma ölkədir”.
Qeyd edək ki, Abdullah Gülün Azərbaycana səfəri bu gün başa çatıb.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın