Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Sosial / “AAAF Park”da 120 ailə soyuqdan donur

“AAAF Park”da 120 ailə soyuqdan donur

Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “AAAF Park” yaşayış kompleksinin sakinləri 10 gündür ki, qazsız qalıblar. “Viktoriya” tikinti şirkəti kompeksə gedən qaz xəttini zədələdiyindən 120 ailə soyuqdan donur. Sakinlər dəfələrlə “Azəriqaz” İstehsalat Birliyinə müraciət etsələr də , qaz borularının bərpası yubadılır.

Bu şikayətlə virtualaz.org-a kompleksdə yaşayan sakinlər müraciət ediblər. Onların sözlərinə görə, son çıxış yolunu yığışıb Bakı-Quba yolunu bağlamaqda görürlər: “Biz “Azəriqaz”ın qaynar xəttinə zəng edirik, deyirlər ki, gözləyin, axşam saat 6-da qazın verilişi bərpa olunacaq. Amma görürük ki, boruda təmir işi aparan yoxdur. Bizdə olan məlumata görə, “Azəriqaz” istəyir ki, təmir işini xətti zədələyən tikinti şirkəti bərpa eləsin. Onlar öz aralarında razılığa gələ bilmirlər. Biz hər yerə müraciət eləmişik, hətta ötən şənbə günü “Azəriqaz” İB-nin Xırdalan şöbəsinə şikayətə getmişik. Amma baxan yoxdur. Hətta bir neçə gün əvvəl istədik ki, yığışıb Bakı-Quba yolunu kəsək. Belə olmaz axı…”, – deyə Şamo Nuriyev adlı şikayətçi bildirir.

Şikayətçi deyir, bu kompleksdə yaşayanların çoxu gənc ailələr olduğundan, demək olar ki, hər mənzildə körpə uşaq var.

Şikayətlə bağlı “AAAF Park” yaşayış kompleksi və “Viktoriya” şirkəti ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. “Azəriqaz” İB-dən isə yaxın günlərdə borunun təmir işlərinə başlanılacağını dedilər.

“Orada qaz xəttində zədələnmə var. Borunu yeniləmək üçün yolun asfalt örtüyü qazılmalıdır. Biz buna görə aidiyyəti qurumlara müraciət etmişik və bu gün icazə alacağıq. Sabahdan isə həmin ərazidə bərpa işlərinə başlanılacaq”, – deyə “Azəriqaz” İB-in mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirdi.

Həmçinin oxuyun

“SMS icazə” ilə bağlı VACİB AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyədə koronavirusa yoluxma hallarının artmasına görə karantin rejimi sərtləşdirilib. Bu barədə Türkiyə …