Ana səhifə / Sosial / AAAF Park müğənni çobana verdiyi evi əlindən aldı – Açıqlama

AAAF Park müğənni çobana verdiyi evi əlindən aldı – Açıqlama

“AAAF Park” internetdə səsi ilə məşhurlaşan coban Pərvin Səfərova verdiyi otağı geri alıb.

Azinforum.az xəbər verir ki, bu barədə AzNews.az-a P.Səfərov özü bildirib. Onun sözlərinə görə, AAAF Park əvvəl ona verdiyi otağı indi başqasına verib:

“O səs Türkiyə”dən gələndən sonra dedilər ki, “otağı boşalt, səninlə müqavilə ilin sonuna kimi idi. Artıq vaxtın bitib. Sənə görə biz hər gün üçun pul ödəyirik”. Halbuki bizim onlarla elə söhbətimiz olmayıb. Bu, mədəni şəkildə get deməkdir. Dedim yaxşı, sabah çıxaram və çıxdım da. Hazırda qohumlarımdan birinin evində qalıram. Onsuz da mən “O səs Türkiyə”dən kənarlaşdığıma görə məyus olmuşdum. Bir də onun ardınca bunlar məni sındırıb otaqdan çıxardılar. Axı mən bu zərbəni alacaq nə etdim ki, AAAF Park-a?”.

Pərvin Səfərov bu hadisənin ona pis təsir etdiyini deyib: “Sanki məndən istifadə etdilər. Yaxşılıq etmək istəyirsənsə, sona kimi et, dürüst ol. Daha insanı sevindirib sonra sındırmaq kimə lazım? Çox pis oldum. Böyük bir şirkətin atacağı addım deyildi bu, amma etdilər”.

AAAF Park-ın media direktoru Rəşad Əliyev isə bu gün məsələ ilə bağlı mətbuata açıqlama verib: “İnternetdə Pərvin Səfərovun dəstək istəyini görmüş, səsini bəyəndiyim üçün və bir azərbaycanlı kimi ölkəmizi təmsil elədiyi üçün ona facebook-da yazmışdım. Dəvət edib, lazımi köməyi edəcəyimizi dedim. Öz növbəmdə, Pərvin Səfərovdan burada nə qədər qalacağını və dərslərinin nə qədər olacağını maraqlanmışdım, o da ilin sonunda və ya yeni ilin ilk həftəsində yarışmaya gedəcəyini demişdi. Biz də onu Parkdakı otelimizdə yerləşdirdik, qalma məsələsini həll etdik. Məsələ budur. Bu qədər dəstək olduğumuzu, yaxşılıq elədiyimiz adamın belə hərəkət etməsinə sadəcə, söz tapmaq olmur. Başa düşə bilmirəm ki, insanlar necə belə ola bilirlər?”.

Qeyd edək ki, AAAF Park bir müddət öncə internetdə səsi ilə məşhurlaşan və “O səs Türkiyə” yarışmasına qatılan Pərvin Səfərovu Bakıda musiqi təhsili almaq üçün evlə təmin etmişdi. İfaçı yarışmadan kənarlaşdırılandan sonra AAAF Park ona verdiyi otağı geri alıb.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …