Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / 90 yaşlı Qubad Zamanov vəzifəsindən azad edilib

90 yaşlı Qubad Zamanov vəzifəsindən azad edilib

6 saylı Hüquq Məsləhətxanasının müdiri Qubad Zamanov vəzifəsindən azad edilib.

“Report”un məlumatına görə, onun vəzifəsindən azad edilməsinə səbəb kimi yaşının çox olması göstərilib.

Q.Zamanov isə yaşının çox olması ilə razılaşdığını, lakin daha bir neçə ay vəzifədə qalmasına imkan verilməsini Vəkillər Kollegiyasının rəhbərliyindən xahiş edib. Belə ki, o, dörd aydan sonra 90 yaşı tamam olacağını deyərək, məhz ilin ortasına qədər müdir vəzifəsində qalmaq istədiyini bildirib. Lakin onun xahişi nəzərə alınmayıb.

Bu il 90 yaşı tamam olacaq Q.Zamanov 6 saylı Hüquq Məsləhətxanasının müdiri vəzifəsindən azad edilsə də, həmin qurumda vəkil kimi çalışır.

6 saylı Hüquq Məsləhətxanasının müdiri vəzifəsinə isə Mirzə Rəhimov təyin edilib.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın