Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / “90-cı illərinin əvvəlində Azərbaycanı “prezidentləri qaçan dövlət” kimi tanıyırdılar” – Tağı Əhmədov

“90-cı illərinin əvvəlində Azərbaycanı “prezidentləri qaçan dövlət” kimi tanıyırdılar” – Tağı Əhmədov

Fevralın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Tağı Əhmədovla görüş keçirilib.

Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov tədbiri açaraq bildirib ki, institutda YAP-ın özəyinin yaradılması çox mühüm hadisədir:

“Tarix İnstitutunda “Əliyevşünaslıq” şöbəsi fəaliyyət göstərir”.

Daha sonra tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov geniş çıxışında Yeni Azərbaycan Partiyasının tarixindən söz açıb: “YAP 1992-ci il noyabrın 21-də Azərbaycanın məruz qaldığı ağır günlərdə Ulu öndər Heydər Əliyev tərəfindən yaradılıb və 6 ay sonra iqtidar partiyasına çevrilib, hazırda partiyanın üzvlərinin sayı 700 minə yaxındır”.
Tağı Əhmədov bildirib ki, XX əsrin 90-cı illərinin əvvəlində Azərbaycanı “prezidentləri qaçan dövlət” kimi tanıyırdılar: “1993-cü ildə Ulu öndər Heydər Əliyev xalq tərəfindən müstəqil Azərbaycan Respublikasının prezidenti seçildi. Ulu öndərin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda xaosun qarşısı alındı”.

Tarixçi-alim Yaqub Mahmudov qeyd edib ki, YAP-ın qurucusu Ulu öndər Heydər Əliyev iki sistemin, yəni sosializm və kapitalizm sistemlərinin zirvəsinə qalxmış nadir tarixi şəxsiyyətdir.
Görüş çərçivəsində Tağı Əhmədov partiya sıralarına qəbul olunmaq istəyən institut əməkdaşları ilə ayrı-ayrılıqda tanış olub.
Tədbirin sonunda Tarix İnstitutunun YAP özəyinin 11 nəfərlik İdarə Heyəti formalaşdırılıb və İH-nin sədri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev, onun müavini isə tarix üzrə fəlsəfə doktoru Sahibə Budaqova seçilib.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın