Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / 9 yaşlı Valehdən Prezident və xanımına məktub: “Günlərlə quru çörəyə belə möhtac qalırıq”

9 yaşlı Valehdən Prezident və xanımına məktub: “Günlərlə quru çörəyə belə möhtac qalırıq”

Göyçay rayonu Müskürlü kənd sakini 9 yaşlı Əliyev Valeh Firdovsi oğlu Azinforum.az-a məktub göndərərək prezident İlham Əliyev və xanımı Mehriban Əliyevadan kömək istəyib.
Məktubu olduğu kimi təqdim edirik:“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə surəti; Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya  
Göyçay rayonu Müskürlü kənd sakini 9 yaşlı Əliyev Valeh Firdovsi oğlu tərəfindən

ƏRİZƏ

Hörmətli Prezident !                                                                                                                             

Hörmətli Mehriban xanım !  


Bu ərizəmdə yazıb Sizə bildirirəm ki, mənim atam Əliyev Firdovsi Valeh oğlu 1 il əvvəl Göyçay rayon məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilib. Atam cəzasını hazırda Penitensiar xidmətin 5 saylı Cəza Çəkmə Müəssisəsində çəkir. Hazırda anamla mən Göyçay rayonu Müskürlü kəndində yerləşən qazalı vəziyyətdə olan evdə qorxu, həyacan içində yaşayırıq. Evimiz qəzalı olduğu üçün hər an uça bilər. Buna görə həyat və sağlamlığımız ciddi təhlükə altındadır. Maddi imkansızlıqdan qəzalı vəziyyətdə olan evimizi təmir etdirə bilmirik. 
Anam heç bir yerdə işləmir.  3- cü sinifdə oxusam da imkansızlığa görə dərsə gedə bilmirəm. İşlə əlaqədar anam Göyçay Rayon İcra Hakimiyyətində qəbulda olan zaman birinci müavin İkram Rəhimov anama bildirib ki, imkanın yoxdur uşağın məktəbə getməsin. Quhum -qonşuların köməyi ilə yaşayırıq. Əgər buna yaşamaq demək mümkündüsə. Elə olur ki, günlərlə quru çörəyə belə möhtac qalırıq. Hətta belə olanda kimdənsə çörək istəməyə utanırıq. Bəlkə də Azərbaycan Respublikasında bizim kimi yoxsulluq həddində yaşayan ikinci bir ailə yoxdur. Bizim yaşadığımız evi və vəziyyətimizi gəlib gözləri ilə görən olsa dəhşətə gələr. Məndə istəyirəm ki, evimiz təmirli rahat olsun, normal qidalanaq, anam işlə təmin olunsun, məktəbə gedib dərsimi oxuyum. Qeyd edim ki, dərslərimi yaxşı oxuyuram. İmkansızlığa görə elə olur ki, dərsə gedə bilmirəm.Ümüdümüz Allaha, Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevayadır.
Hörmətli Prezident !                                                                                                                            Hörmətli Mehriban xanım ! 
Sizdən xahiş edirəm bu ərizəmin yerində araşdırılmasına tapşırıq verəsiniz, qəzalı vəziyyətdə olan evimizin təmir edilməsinə və anamın işlə təmin olunmasına köməklik göstərəsiniz.Anam Əliyeva Qənimət Valik qızının əlaqə telefonu; (051) 488-23-93  “

Həmçinin oxuyun

Yanan obyektlərin sığorta problemi

2011-ci ildən ölkədə daşınmaz əmlakın sığortalanmasının icbari olmasına baxmayaraq, bu sahədə ciddi boşluqlar var. “EuroHome”, …