Cümə , Oktyabr 23 2020
Ana səhifə / Sosial / 800 elm adamı kv.metri 450 manata mənzil sahibi olacaq
????????????????????????????????????

800 elm adamı kv.metri 450 manata mənzil sahibi olacaq

“İyirmi beş il bundan əvvəl mənzil növbəsinə yazılan 100-dən çox ailədən 80-i mənzillə təmin olunub”.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə deyib.
Onun sözlərinə görə, bu işlər davam etməkdədir: “Son 3-4 ildə məhkəmələrə Akademiyanın mənzillərlə əlaqəli düzgün mövqeyini isbat etmişik. Əvvəlki illərdə növbədə duranlarla bağlı hərc-mərclik var idi. 2010-2011-ci illərdə Akademiyaya aid olmayan, çalışmayan insanlar növbəyə yazılmışdı. Onlardan qurtulmaq üçün bizim səylərimiz lazım idi. Bu günə qədər də o istiqamətdə addımlayırıq”.
O əlavə edib ki, Saray qəsəbəsində “Science City” tikilir: “Orada kvadratmetri 450 manata olan mənzillərin alınması üçün 800 alim yazılıb. Onlardan 150 nəfəri artıq pulunu ödəyib. Biz ipotekanı gözləyirik. O olan kimi pul verənləri sayı 500-ü keçəcək”.
Report

Həmçinin oxuyun

Suqovuşan və Talışa çəkilən yolların tikintisindən – Fotolar

Xəbər verdiyimiz kimi, işğaldan azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının …