Bazar ertəsi , İyun 21 2021
Ana səhifə / Sosial / “8 noyabr“ stansiyası ilə bağlı AÇIQLAMA

“8 noyabr“ stansiyası ilə bağlı AÇIQLAMA

Metronun Bənovşəyi xətti üzrə inşa edilən sayca üçüncü – “8 noyabr” stansiyasında son tamamlanma işləri davam etdirilir.

Bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda yeni stansiyada infrastruktur qurulur:

“Bu istiqamətdə işlər sürətləndirilib. İnfrastruktur dedikdə, yəni idarəetmə, hərəkətin təşkili, mühəndis – texniki qurğuların quraşdırılması, sazlanması və onların sınaq işlərinin aparılması da daxildir. Metropoliten mürəkkəb, çoxşaxəli infrastruktura malik nəqliyyat vasitəsi olduğundan burada bir çox aparıcı sistemlərin, mexanizmlərin zəncirvari əlaqəsi də olmalıdır. Bu istiqamətdə də quraşdırma, sazlama və sınaq işləri davam etdirilir”. (Trend)

Həmçinin oxuyun

Sürücü 90-lıq yolda 86 ilə radara düşdü: müəmmalı protokol – VİDEO

Bakı-Qazax avtomagistralında sürət həddi saatda 90-km-dir. amma sürücü saatda 86 km sürət həddi ilə radara …