Şənbə , İyun 3 2023
Ana səhifə / Sosial / 8 Noyabr prospektində yol çökdü, səbəbi araşdırılır – FOTOLAR

8 Noyabr prospektində yol çökdü, səbəbi araşdırılır – FOTOLAR

8 Noyabr prospektində yolun bir hissəsi çöküb.
Hadisə ötən gün axşam saatlarında baş verib. bununla bağlı fotolar sosial şəbəkələrdə də yayılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli AzVision.az-a açıqlamasında bildirib ki, sözügedən ərazidən dərinlikdə kanalizasiya kollektoru keçir. Çökmə də kollektorun giriş quyularının yaxınlığında baş verib:

“Əraziyə “Azərsu” ASC-nin və bizim əməkdaşlar cəlb olunub. Yoxlama işləri aparılır və çökmənin nədən baş verdiyi araşdırılır. Yol geymində hər hansı problem yoxdur. Çox gümanki həmin quyudan hər hansı sızma olub. Eyni zamanda qurunt sularının yığılması ehtimalı da var. Ərazi mütəxəssislər tərəfindən nəzarət altında saxlanılır”.



Həmçinin oxuyun

“İndi uşaqpulu məsələsinin qaldırılması etik deyil” – Deputat

“Mən və deputat həmkarlarım belə hesab edirik ki, indiki zamanda uşaqpulunun verilməsi ilə bağlı məsələnin …