Şənbə , Yanvar 16 2021
Ana səhifə / Sosial / 700-dən çox maşın postlardan geri qaytarıldı

700-dən çox maşın postlardan geri qaytarıldı

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) son bir gün ərzində karantin postlarından geri qaytarılan avtomobillərin sayını açıqlayıb.

İdarədən bildirilib ki, Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 35-i rayon, 65-i paytaxt istiqamətinə olmaqla 100, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 40-ı rayon, 70-i paytaxt istiqamətinə olmaqla 110, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 390-ı rayon, 120-i paytaxt istiqamətinə olmaqla 510 nəqliyyat vasitəsi geri qaytarılıb.

Ümumilikdə 720 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

Həmçinin oxuyun

Səhiyyə Nazirliyindən vaksinlə bağlı AÇIQLAMA

“Vaksinlər təlim kursu keçmiş tibb işçiləri tərəfindən ediləcək. Peyvənd ediləcək poliklinikalarda tibb işçiləri seçilərək xüsusi …