Ana səhifə / Sosial / 70 min sakini olan qəsəbədə səki yox imiş: Bələdiyyə sədri

70 min sakini olan qəsəbədə səki yox imiş: Bələdiyyə sədri

Abşeron rayonu Saray qəsəbəsində yol kənarında piyadalar üçün səkilər çox azdır.

Belə ki, qəsəbənin əsas magistral yolunun kənarında sadəcə avtomobil yolu var. Piyadalar üçün isə səki nəzərdə tutulmayıb.

Qəsəbə sakinlərinin sözlərinə görə, keçən il asfaltlanma işləri görüldükdə yol kənarında səkilər yenə “unudulub”. Sadəcə məktəb kənarlarında səkilər qoyulub ki, bu da bütün qəsəbə sakinlərinin ehtiyacını ödəmir. 

Sakinlər əsasən qış aylarında hərəkət zamanı əziyyət çəkdiklərini bildirirlər. Çünki yolun kənarı qış aylarında palçıq olur və hərəkət etmək olmur. Nəzərə alaq ki, yolun kənarında uşaqlar da hərəkət edir, bu da onların həyatını olduqca böyük riskə atır. O baxımdan, 70 min əhalisi olan Saray qəsəbəsində yol kənarında səkilərə böyük ehtiyac var. 

Məsələ ilə bağlı Saray qəsəbə bələdiyyəsinin sədri Şahlar Məhərrəmov “Cebhe.info”-ya açıqlamasında bildirib ki, yaxın zamanlarda qəsəbədə asfaltlanma işləri həyata keçiriləcək:

“Tezliklə qəsəbəmizdə asfaltlama işləri görüldükdə yol kənarında səkilərin quraşdırılması nəzərdə tutulur. Asfaltlama işləri görüldüyü zaman əsas mərkəzi küçədən başlayaraq ara küçələrə qədər bu işlərin həyata keçirilməsi planlaşdırılır”. 

Həmçinin oxuyun

Pensiya və müavinətlər nə qədər artacaq?

Minimum əməkhaqqının, maaş və məvaciblərin artırılması ilə bağlı məsələlər gündəmdədir. Hazırda bu məsələlərlə bağlı müzakirələr …