Şənbə , May 28 2022
Ana səhifə / Sosial / 7 nəfər sağaldı, 9 nəfər yoluxdu

7 nəfər sağaldı, 9 nəfər yoluxdu

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 9 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 664 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 890 nəfər müalicə olunaraq sağalıb, 9709 nəfər vəfat edib. Aktiv xəstə sayı 65 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2658, bu günə qədər isə ümumilikdə 6 847 892 test icra olunub.

Həmçinin oxuyun

Bazar gününün hava proqnozu açıqlandı

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, …