Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / 7 ildə 100 minə yaxın ailə boşanıb

7 ildə 100 minə yaxın ailə boşanıb

Dövlət Statistika Komitəsinin bu gün yaydığı məlumata görə, 2017-ci ildə ölkəmizdə 14 514 boşanma faktı qeydə alınıb.

AzVision.az rəsmi məlumatlar əsasında Azərbaycanda son 7 il ərzində baş verən boşanma hallarının statistikasını araşdırıb. Məlum olub ki, 2010-cu ildən 2017-ci ilə qədər boşanmaların sayında artım müşahidə olunur.

Belə ki, 2010-cu ildə boşanma hallarının sayı 8,9 min, 2011-ci ildə 10,7 min, 2012-ci ildə 11 min, 2013 ildə 11,7 min, 2014-cü ildə 12,1 min, 2015-ci ildə 12,8 min, 2016-ci ildə 13,1min, 2017-ci ildə isə 14,5 min olub. Ümumilikdə isə 7 ildə 94 min 850 ailə boşanıb.

Boşanmalara əsas səbəb kimi xəyanət, ailədaxili münaqişələr, xarakteri uyğun olmayan insanların kənar şəxslərin təzyiqi ilə izdivac qurması göstərilir.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …