Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / 68 şəhidin 3,3 milyon manatlıq ipoteka krediti bağlandı

68 şəhidin 3,3 milyon manatlıq ipoteka krediti bağlandı

Müdafiə Nazirliyinin təqdim etdiyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısına əsasən, 68 şəhidin qalıq məbləği 3,3 milyon manat olan 70 ipoteka krediti üzrə öhdəliyi olub.

İpoteka və Kredit Zəmanət Fondundan verilən məlumata göörə, ölkə prezidentinin 2016-cı il 22 iyun tarixli fərmanı ilə təsdiqlənmiş “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq, həmin kreditlər borcalanın ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından həyat sığortası şirkətləri tərəfindən sığortalanıb.

Bu günə həmin kreditlərin hamısı üzrə kredit öhdəliklərini müvafiq sığortaçılar tam bağlayıb.

Həmçinin oxuyun

DSMF 2 banka 43 milyon manat ödəyəcək

Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən keçirilən tender müsabiqəsinin qalibləri məlum olub.Yeniavaz.com xəbər verir ki, tender …