Ana səhifə / Sosial / 67 saylı MİS-in rəisi Keşlədə zibil qablarının “ekskursiyasını” təşkil edib – Foto + Video

67 saylı MİS-in rəisi Keşlədə zibil qablarının “ekskursiyasını” təşkil edib – Foto + Video

Bakı şəhəri, Nizami rayonu Keşlə qəsəbəsinin “Avromed” dərman firmasının mərkəzi ofisinin yerləşdiyi məhəllənin yüzlərlə sakini Azinforum.az İnformasiya Portalına müraciət edərək, acınacaqlı durumla üzləşdiklərini bildirirlər. Sakinlərin sözlərinə görə, artıq 15 günə yaxın bir vaxtdır ki, onlar sözügedən məhəllədə zibil atmağa qab tapa bilmirlər və bunun da nəticəsində həmin ərazidəki küçələrdə zibil aşıb-daşır. Sakinlər deyir ki, vəziyyətin bu hala düşməsinin başlıca səbəbkarı həmin əraziyə məsul olan 67 saylı Mənzil İstismar Sahəsinin rəisi Hüseynağa adlı məmurdu. Həmin  şəxsin başlıca vəzifəsi küçələri zibildən təmizlətdirmək olduğu halda, etdiyi “novatorluq” hesabına əks nəticəyə əldə etmiş olub. Sakinlərin bizə ünvanladığı müraciətdə qeyd edilir ki, indiyə kimi həmin məhəllədəki 5 zibil qabı sabit bir yerdə olub:

“ Bir neçə il bundan əvvəl, əslən Naxçıvandan olan bir şəxs zibil qablarına yaxın bir yerdə özünə ikimərtəbəli  ev tikdi. Bütün məhəllə sakinləri bilir ki, illər əvvəl məhz o gəlib zibil qabalrı olan əraziyə yaxın bir yerdə  imarət ucaldıb. Sonra zibil qabları ona mane olmağa başladı. Ötən il onları götürtməyə cəhd etdi, amma məsələ mediada işıqlandırılandan sonra, məsələyə rayonun icra başçısı səviyyəsində müdaxilə olundu və həmin adam istəyinə çata bilmədi. Həmin vaxt da, bu işlərə MİS rəisi Hüseynağa rəhbərlik edirdi. 15 gün bundan əvvəl səhər oyananda gördük ki, zibil qablarının yerinə Hüseynağa müəllim MİS adından plakat vurub  və həmin əraziyə yaxınlaşmaq qadağan olunduğu yazıb. Elanda həmçinin yazılıb ki, vətəndaşlar bundan sonra zibilləri : ya saat 11-dən 12-yə kimi zibil aparan maşına , ya da uzaq bir məsafədə olan məktəbin yanındakı zibil qutularına boşaltmalıdır. Sakinlər bu qərarla razılaşmır. Zibil qutuları ordan götürüləndən sonra, sakinlər zibil daşıyan maşına rast gəlmir deyə, kim torbaları hara gəldi tullayır”.

Qeyd edək ki, bu məzmunda şikayət bizə bir neçə gün əvvəl edilib. Azinforum.az olaraq vəziyyəti aydınlaşdırmaq üçün, rayondakı bəzi səlahiyyətli şəxslərlə əlaqə saxladıq. Onlar bildirdilər ki, zibil qabları ordan ətrafda yaşayan sakinlərin ünvanladığı şikayətin əsasında götürülüb. Yenə də çox qəribə vəziyyət yaranır və belə bir sual meydana çıxır: qabların ətrafında yaşayan 10-15 nəfərə görə, minlərlə insanın yaşadığı məhələ niyə  antisanitariyanın hökm sürdüyü bir məkana çevrilməlidir? Səlahiyyətli şəxslər vəziyyəti belə izah edirlər ki, məhəllə sakinlərindən heç kim həmin zibil qablarını özlərinə  yaxın yerə qoyulmasını istəmir. Buna görə də, məsələnin həlli uzanır. Əgər MİS rəisi zibil qablarına qoymağa yer tapmırsa, onda nə məntiqlə onları köhnə yerindən götüzdürüb? Bir neçə gün əvvəl, biz məsələni ictimailəşdirəndən sonra, MİS iki ədəd zibil qabını “Babək” prospektinə yaxın yerə, yol kənarına qoymağa cəhd edib. Lakin həmin ərazidə  “obyekti” olan Qurban adlı şəxs  nümayişkanə şəkildə qabları ordan götüzdürüb. Çox maraqlıdır ki, səlahiyyətli şəxslər bu məsələdə məsuliyyəti məhəllə sakinlərinin üzərinə ataraq, onların qarşısında- “yer tapın qoyaq”, kimi şərt irəli sürürlər. Sakinlər isə hesab edir ki, zibil qabları üçün ən məsləhətli yer elə köhnə məkanıdır. Sonda sakinlər bizə bildirdilər ki, onların  gəldiyi qənaətə  və  aldıqları məlumata görə, real vəziyyət icra başısından gizlədilir:

“Biz əminik ki, icra başçısını aldadırlar. O, məhlədəki mənzərəni görsə, həmin dəqiqə əməli tədbir görər. Sizi əmin edirik ki, məsələyə müdaxilə olunmasa, vəziyyət daha da acınacaqlı hal alacaq. Biz hələllik icra başçısından vəziyyətin nizama salınmasını tələb edirik. Şikayətimizə baxılmayacağı təqdirdə daha yuxarı instansiyalara şikayət edəcəyik”.

Azinforum.az

Həmçinin oxuyun

İcra başçısı 2 milyonluq villanı sökdürdü – Fotolar

Səssiz-səmirsiz, sakit-sakit, hissə-hissə sökürlər. Villanın qarşısında “Bakıxanov rezidens”in binası inşa olunacaq. Azinforum.az xəbər verir ki, …