Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Azərbaycan XİN Türkiyədəki hadisələrə münasibət bildirdi

Azərbaycan XİN Türkiyədəki hadisələrə münasibət bildirdi

“Qardaş Türkiyədə baş vermiş hadisələr bizi ciddi surətdə narahat etdi və sarsıtdı”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

“Bu demokratik yolla Türkiyə xalqının seçdiyi hökumətə qarşı bir qrupun etdiyi çevriliş cəhdidir. Türkiyə milləti və dövləti birlik və bərabərlik nümayiş etdirərək buna qarşı çıxmışdır. Qardaş Tükiyə xalqı və dövlətinin yanında olduğumuzu bir daha bəyan edərək, tezliklə vəziyyətin tam şəkildə sabitləşəcəyinə və normallaşcağına əminliyimizi ifadə edirik”, – bəyanatda qeyd olunur.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın