Çərşənbə , Sentyabr 23 2020
Ana səhifə / Sosial / 600-dən çox bal toplayanların sayı açıqlandı

600-dən çox bal toplayanların sayı açıqlandı

“Builki imtahanlarda I qrupda 600 baldan yuxarı nəticə göstərənlər sayı 607 nəfər (keçən il 553) olub ki, bu da iştirakçıların 2,15%-ni təşkil edib. II qrupda 404 nəfər (keçən il 215), III qrupda 550 (keçən il 604), IV qrupda isə 353 nəfər (keçən il 378) olub”.


Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.


DİM sədrinin sözlərinə görə, bu il 100 baldan yuxarı nəticə göstərənlərin sayı 84% (keçən il 79%) təşkil edib: “16% isə 0-100 bal arası nəticə göstərib”.


M.Abbaszadə əlavə edib ki, bu il 12 nəfər abituriyent Azərbaycan bölməsi üzrə aşağı nəticə göstərib: “Hazırda onların nəticələri müzakirə olunur və apelyasiyaya təqdim ediləcək”.

Həmçinin oxuyun

Əlilliyi olan şəxslərin metroda qarşılaşdıqları problemlər nə vaxt həll ediləcək? — VİDEO

Günümüzdə əlil arabasına təhkim edilmiş şəxslər ictimai nəqliyyatdan istifadə edən zaman xeyli problemlərlə üzləşir.  Baku …