Ana səhifə / Sosial / “6 min mənzilin istifadəyə verilməsi planlaşdırılır”

“6 min mənzilin istifadəyə verilməsi planlaşdırılır”

“Bu, bir daha göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri prezident İlham Əliyev Kürdəxanıda yeni yaşayış kompleksinin açılışı münasibətilə məcburi köçkünlərlə görüşündə deyib. 

Dövlət başçısı bildirib ki, burada yaşayış üçün ən yüksək standartlar yaradılıb:

“Məcburi köçkünlərin problemlərinin həlli ən prioritet məsələdir”.

Təkcə keçən il məcburi köçkünlər üçün 5 mindən çox mənzilin inşa edildiyini bildirən dövlət başçısı deyib ki, bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək və ilin sonuna qədər minimum 6 min mənzilin istifadəyə verilməsi planlaşdırılır.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunan Prezident İlham Əliyev bir daha vurğulayıb ki, ölkəmizin prinsipial mövqeyində heç bir dəyişiklik yoxdur. Bu məsələ ölkəmizin ərazi bütövlüyü çərçivəsində, həmçinin beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır.

“Tarixi ədalət də Azərbaycanın tərəfindədir”, – deyən dövlət başçısı əlavə edib ki, Dağlıq Qarabağ və digər işğal edilmiş torpaqlar bizim əzəli torpağımızdır, həm də beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir.

Həmçinin oxuyun

Kürdəmirdə 10 hektar biçilmiş taxıl sahəsi yandı (VİDEO)

Kürdəmir rayonunda yanğın hadisəsi baş verib.Rayonun Xəlsə kənd bələdiyyəsinə məxsus 10 hektar biçilmiş taxıl sahəsi …