Ana səhifə / Sosial / 6 ayda 12 ana ölümü: Həkimlər cəzalandırıldı

6 ayda 12 ana ölümü: Həkimlər cəzalandırıldı

Bu ilin 6 ayı ərzində Azərbaycanda 12 ana ölümü hadisəsi baş verib. 
Bu barədə Azvision.az -a açıqlamasında Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, ölkənin baş mama-ginekoloqu Sevinc Məmmədova bildirib.
Onun sözlərinə görə, qeydə alınan hər bir ana ölümü faktı təhlil olunub: “Hamilələrin ağır vəziyyətdə doğuşayardım müəssisələrinə daxil olmaları, həmçinin qadın məsləhətxanasına vaxtlı-vaxtında müraciət etməmələri və hamilə qadınlarda olan müəyyən problemlər səbəbindən ana ölümləri baş verib. Bu il 2 ana ölümü abort səbəbindən olub. Qadınlar hamiləliyi böyük həftələrə qədər saxlayıb, 15-16 həftəsində uşağın cinsiyyətini öyrəndikdən sonra abort etdiriblər. Abort zamanı baş vermiş fəsadlaşmadan iki ana ölüb. Buna görə hər iki həkim, şöbə müdirləri işdən azad olunub, baş həkimlərə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Son zamanlar cavan gəlinlər sivil qaydada həkimə gedib, düzgün diaqnoz qoyulub, arzu olunmayan hamiləlikdən qorunmaqdansa, aborta qaçırlar. Abortu da selektiv etdiyi üçün belə hallar baş verir. Bir hamilədə kobud anestezioloji qüsur olub. Son 2 ana ölümündə isə cərrahların yol verdikləri səhvlər aşkar edilib”. 
S.Məmmədova qeyd edib ki, 12 ana ölümünün hər birində baş həkimdən tutmuş kiçik tibb işçisinə qədər günahı olan hamı cəzalandırılıb. 

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …