Bazar , Noyabr 29 2020
Ana səhifə / Sosial / 59,3 min nəfər Prezident təqaüdü alır

59,3 min nəfər Prezident təqaüdü alır

Dünya Bankının Azərbaycanın sosial müdafiə sistemi ilə bağlı apardığı araşdırmalar nəticəsində bu sistemin ölkə əhalisinin yoxsul sayıla biləcək hissəsinin 90,1 faizini əhatə etdiyi və yoxsulluğun azaldılmasında mühüm rol oynadığı müəyyən olunub.

Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib.

Nazir qeyd edib ki, 2017-ci ilin 9 ayında bu sistem vasitəsilə 1 milyon 330 min nəfər əmək pensiyası, 451 min nəfər aylıq və birdəfəlik sosial müavinət, 59,3 min nəfər Azərbaycan Respublikası Prezidentinin təqaüdü, 97 min ailənin 400 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı, 16,3 min nəfərdən çox şəxs sosial xidmətlərlə təmin edilib.

Göründüyü kimi, 2,3 milyona yaxın insan sosial müdafiə sistemi ilə əhatə olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu vasitəsilə hər ay bu istiqamətlər üzrə 326 milyon manatdan çox vəsait yönəldilir.

Həmçinin oxuyun

İşğaldan azad olunmuş ərazilərə səfərlə bağlı vətəndaşlara XƏBƏRDARLIQ

“Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu uzun müddət …