Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / 51 nömrəli marşrut xəttinin istismarçısına xəbərdarlıq edildi – VİDEO

51 nömrəli marşrut xəttinin istismarçısına xəbərdarlıq edildi – VİDEO

“51 nömrəli müntəzəm marşrut xəttinin istismarçısına xəbərdarlıq edilib”.

Bu barədə Oxu.Az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev sözügedən marşrut xəttində hərəkət edən avtobuslarda dispenserlərin olmaması ilə bağlı sosial şəbəkədə yayılan görüntülərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu fotolar bir neçə gün əvvəl çəkilib:

“Sosial şəbəkədə paylaşılan görüntülərə dərhal reaksiya verilib. Belə ki, görüntülər yayıldıqdan sonra 51 nömrəli müntəzəm marşrut xətti üzrə müvəqqəti istismarçı “BUS Trans” şirkətinin məsul nümayəndəsi Xəlil Abbasova xəbərdarlıq edilib. Qısa zamanda bu məsələ həllini tapıb. Artıq həmin xətt üzrə hərəkət edən avtobuslarda da əllərin dezinfeksiyası üçün dərman məhlulları kiçik həcmli dispenserlərdə qoyulub”.

Həmçinin oxuyun

Yanan obyektlərin sığorta problemi

2011-ci ildən ölkədə daşınmaz əmlakın sığortalanmasının icbari olmasına baxmayaraq, bu sahədə ciddi boşluqlar var. “EuroHome”, …