Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Sosial / 51 min şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin olunub

51 min şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin olunub

Ötən ilin əvvəlindən ölkəmizdə pensiyaların, ilin son aylarında isə müavinət və təqaüdlərin, ümumilikdə 21 sosial təminat növünün avtomatlaşdırılmış qaydada təyinatı sistemləri işə salınıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, ötən dövrdə həmin elektron sistemlər vasitəsilə 51 min şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyinatı həyata keçirilib. Onlardan 17,8 mininə e-qaydada pensiya, 33,2 mininə isə müavinət və təqaüd təyin edilib.

Beləliklə, həmin şəxslərin hansısa quruma müraciət etməsinə və sənəd təqdim olunmasına ehtiyac olmadan onlara proaktiv şəkildə, e-qaydada pensiya, müavinət və təqaüd təyin olunub.

Yaradılmış e-təyinat sistemləri il ərzində sosial təminat növləri üzrə 200 minədək təyinatın elektron şəkildə həyata keçirilməsinə imkan verir.

Həmçinin oxuyun

“Yoluxmanın artmasına havaların soyuması təsir göstərir” – TƏBİB rəsmisi

“Bir müddət qabaq xəbərdarlıq etmişdik ki, ilin soyuq fəslində – payız-qış mövsümündə yoluxmaların sayında artım …