Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / DAK-da “Qarabağda son olaylar və vəzifələrimiz” adlı konfrans keçirilib

DAK-da “Qarabağda son olaylar və vəzifələrimiz” adlı konfrans keçirilib

DAK Mətbuat Müşavirliyi xəbər verir ki, bu gün Dünya Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə DAK – ın mərkəzi qərargahında “Qarabağda son olaylar və vəzifələrimiz” adlı konfrans keçirilib. Müxtəlif siyasi partiyaların , sivil təşkilatların, aydınların qatıldığı məclis şəhidlərimizin ruhuna sayqı duruşu ilə başlayıb.

Konfransı giriş sözü ilə açan DAK həmsədri Sabir Rüstəmxanlı məsələyə münasibətdə Dünya Azərbaycanlıları Konqresinin mövqeyini bildirərək hazırkı məqamda görüləcək işlərdən, dövlət və millət olaraq qarşımızda dayanan vacib vəzifələrdən danışıb . Ordumuzun göstərdiyi rəşadət nəticəsində xalqda yaranan ruh yüksəliyini vurğulayan natiq bundan sonra xalqın mübarizə ruhunu söndürməyin mümkünsüzlüyünü qeyd edərək son hadisələrlə bağlı siyasi müxalifətin öz arasında birliyi ilə paralel , həm də iqtidar müxalifət birliyinin də zəruriliyindən qeyd edib.

Sonra Azərbaycan Milli Strateji Araşdırma Mərkəzinin (AMSAM) başqanı İsa Qəmbər mövzu ətrafında məruzə edib. O , öz təhlilində mövcud durum, hadisələrin irəliliəyə bilən siyasi və hərbi inkişafından, dövlət və müxalifət olaraq qarşıda görüləcək məsələlərdən danışıb.
Hərbi ekspert Üzeyir Cəfərov isə öz çıxışında son aprel döyüşlərinin taktikası , ordumuzun vəziyyəti, hadisələrin baş verə biləcək gələcək inkişaf dinamikası haqqında geniş hərbi təhlilini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Mövzu ətrafında diğər çıxış edənlər, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Pənah Hüseyn, Milli Bozqurd Partiyasının ( MBP) sədri İsgəndər Həmid, Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) sədri Hacıbala Əzimov, Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( KAXCP) sədri Mirmahmud Mirəli oğlu, Müsavat başqanı Arif Hacılı, AXCP- nın sədr müavini Nurəddin Məmmədli, Dünya Azərbaycanlıları Konqresinin Strateji Araşdırma Mərkəzinin ( DAKSAM) başqanı Yasəmən Qaraqoyunlu və tanınmış jurnalist yazar Azər Həsrət mövzu ətrafında öz fikir və mülahizələrini bölüşüb, müəyyən təkliflər irəli sürüblər.

Türkiyədən, Kərkükdən, Tatarıstandan da qonaqların iştirak etdiyi konrfans sonda müraciətin qəbul edilməsi ilə başa çatıb. Bütün dünya azərbaycanlılarına ünvanlanan bu müraciətdə bildirilir ki, “son günlərdə baş verən hadisələr Azərbaycan xalqının iradəsinin heç bir savaşla və terrorla qırmağın mümkün olmadığını göstərdi. Biz yenidən milli birliyimizin, xalqla ordunun birliyinin, millətin böyük səfərbərlik gücünün şahidi olduq. Dünyanın müxtəlif guşələrindən Azərbaycanın haqq işini müdafiə edən səslər yüksəldi. Güney Azərbaycanda keçirilən mitinqlər milli birliyimizi bir daha nümayiş etdirdi.

Biz Dünya Azərbaycanlıları Konqresi olaraq Azərbaycan dövlətinin Dağlıq Qarabağ siyasətini müdafiə edir və son günlərdə erməni işğalçılarına verilən layiqli cavabı dəstəkləyir və davamını diləyirik.

Dünyanın harasında yaşamasından asılı olmayaraq bütün soydaşlarımızı Vətənimizə dəstək aksiyaları keçirməyə və Azərbaycan Respublikasının ətrafında daha sıx birləşməyə çağırırıq.

İşğal edilmiş bütün torpaqlarımızın azad edilənə, milyondan artıq qaçqın və köçkünümüz öz yurdlarına qayıdana qədər bu mübarizə davam edəcəkdir!”

Bundan əlavə müzakirələr fonunda dövləti və milli vəzifələrimizin gələcək istiqaməti haqqında müxtəlif siyasi və sivil təşkilatların , aydınların irəli sürdüyü fikirlərdən ibarət təkliflər paketi hazırlanması qərara alınıb.

BU MÜBARİZƏ DAVAM EDƏCƏKDİR!

 

BU MÜBARİZƏ DAVAM EDƏCƏKDİR!

 

BU MÜBARİZƏ DAVAM EDƏCƏKDİR!

 

BU MÜBARİZƏ DAVAM EDƏCƏKDİR!

 

BU MÜBARİZƏ DAVAM EDƏCƏKDİR!

 

BU MÜBARİZƏ DAVAM EDƏCƏKDİR!

 

BU MÜBARİZƏ DAVAM EDƏCƏKDİR!

Həmçinin oxuyun

Azərbaycanda bank borcunu ödəyə bilməyən qazini məhkəməyə verdi

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verib. Valyuta.az xəbər verir ki, bank …

Bir cavab yazın