Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / 5 rayonun geri qaytarılması mümkündürmü? – ŞƏRH

5 rayonun geri qaytarılması mümkündürmü? – ŞƏRH

Rusiyalı politoloq, Putin iqtidarına yaxınlığı ilə seçilən Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı diqqətçəkən proqnoz verib. Politoloq açıqlamasında bildirib ki, bu ilin sonuna kimi Dağlıq Qarabağ ətrafındakı 5 rayon tamamilə Azərbaycana qaytarılacaq.

Onun fikrincə, 5 rayonun geri qaytarılması prosesi ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin də razılaşdığı, vaxtilə Kazanda təklif olunan formul əsasında baş tutacaq.

Kazan prinsiplərinin Azərbaycanın yox, Ermənistanın mövqeyini müdafiə etdiyini nəzərə alsaq, 5 rayonun geri qaytarılması hazırki durumda bir o qədər real görünürmür.

Millət vəkili, politoloq Rasim Musabəyov hesab edir ki, əsas məsələ 5 rayonun geri qaytarılamsı yox, bunun müqabilində Azərbaycandan nəyin tələb olunmasıdır: “5 rayonun geri qaytarılması problem deyil. Bunun müqabilində Dağlıq Qarabağın müstəqilliyini tanımaq mümkündürmü? Xeyr. Yaxud əraziyə Rusiya qoşunlarının yerləşdirilməsi mümkündürmü? Xeyr. Ona görə də elə məsələlər var ki, onlar müzakirə predmetidir. Azərbaycanın işğal olunmuş torpaqlarından ermənilərin çıxması qaçılmazdır. Sadəcə, bunun müqabilində ermənilər və ruslar çox şey tələb edirlər. Bunlar qəbul olunmayacaq təkliflərdir”.

R.Musabəyovun fikrincə, göstərilən səylər münaqişənin həllinə kömək edə bilər: “Hər halda ciddi bir cəhd konfilikti tam həll etməsə də, müəyyən bir mərhələyə qədər aparacaq. Bunun nə dərəcədə məqbul olacağı, hər hansı bir nəticəyə gətirəcəyini demək çətindir. Hər halda əvvəlki təcrübə nikbin olmağa imkan vermir”.

Millət vəkili, politoloq Elman Nəsirov isə qeyd edib ki, qoşunların təmas xəttində baş verən son hadisələr fonunda yeni şərait formalaşıb: “Bu şəraitdə ATƏT-in Minsk qrupunun üç həmsədri içərisində Rusiya xüsusi fəallığı ilə seçilir. Hesab edirəm ki, bu fəallıq konkret nəticəyə gətirib çıxarmalıdır. Nəticə nə ola bilər? Rusiyanın özü yenilənmiş Madrid prinsiplərini müdafiə edir. Bu prinsiplərə görə ilk olaraq Dağlıq Qarabağ ətrafı 7 rayonun azad edilməsi məsələsi ortaya qoyulub. Ən çox hallanan variant isə “5+2”-dir. Bu yanaşmalar nə dərəcədə öz təsdiqini tapacaq? Çox aktual sualdır. Hazırki reallıqlar fonunda Sergey Markov məlum mövqeyi ilə çıxış edir. Hətta 5 rayonun azad edilməsinin dəqiq tarixini göstərir”.

Politoloq hesab edir ki, bu mövqenin kifayət qədər əsasları var: “Bu gün ATƏT-in Minsk qrupu həmsədrləri ciddi cəhdlə çalışırlar. Çünki, münaqişənin həlli istiqamətində yeni mərhələ başlayıb. Bu mərhələdə ilk olaraq xarici işlər nazirləri səviyyəsində görüş keçirilməsi şərtdir. Bunun ardınca isə prezidentlər səviyyəsində görüşün keçirilməsi ən mühüm hədəfdir. Məsələyə bu məntiqlə yanaşsaq, Markovun fikirləri müəyyən mənada təsdiqini tapa bilər və bunun üçün ilkin şərtlər mövcudur”, – deyə E.Nəsirov bildirib.

AzVision.az

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …

Bir cavab yazın