Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Sosial / 5 ayın əsgəri Məmmədağa Məlikzadənin “özünü güllələdiyi” bildirilir

5 ayın əsgəri Məmmədağa Məlikzadənin “özünü güllələdiyi” bildirilir

Azərbaycan ordusunda qeyri-döyüş itkisi kimi təqdim edilən daha bir əsgər ölümü baş verib. Bu dəfə Binəqədi rayonundan hərbi xidmətə çağırılmış gənc əsgərin ölüm xəbərini ailəsinə çatdırıblar və onun meyitini gətirib təhvil veriblər. Bu hadisə ilə bağlı Baş prokurorluqdan rəsmi məlumat yayılıb.

Bildirilir ki,  6 sentyabr 2021-ci il tarixdə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məlikzadə Məmmədağa Zakir oğlunun həmin gün odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, fakt üzrə cinayət işi başlanılıb, iş üzrə şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və zəruri istintaq hərəkətləri həyata keçirilib.

Cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülməklə, istintaqın davam etdirilməsi Hərbi Prokurorluğun İstintaq idarəsinə həvalə edilib. Hazırda iş üzrə zəruri tədbirlərin görülməsi davam etdirilir.

virtualaz.org xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, əsgər Məmmədağa Məlikzadənin ailəsi Binəqədi qəsəbəsi, Dağlılar məhəlləsində yaşayır. Yaxınlarının bildirdiyinə görə, Məmmədağa 5 aydır hərbi xidmətə çağırılmışdı və Daşkəsəndəki “N” saylı hərbi hissədə xidmət edirdi. Bir neçə gün əvvəl əsgər məzuniyyətə gəlib, xidmətlə bağlı hər hansı problemdən şikayətlənməyib. Əksinə, xidmət yoldaşları üçün darıxdığını bildirib və hərbi hissəyə qayıdandan 2 gün sonra onun özünü vurduğu haqda xəbəri ailəyə çatdırıblar. Ailə əsgərin özünü vurmasına inanmır…

Həmçinin oxuyun

Fərhad Əliyev Qarabağ döyüşçüsünü işdən qovdurub

Qarabağda erməninin nəfəsini kəsənlərin, demə, Sumqayıtda nəfəslərini kəsənlər varmış. Darıxmayın, indi biləcəksiz, söhbət kimdən, nədən …