Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / 4500-dən çox şəhid ailəsi və müharibə iştirakçısına sosial dəstək göstərilib

4500-dən çox şəhid ailəsi və müharibə iştirakçısına sosial dəstək göstərilib

Prezident İlham Əliyevin tapşırığına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinə, müharibə iştirakçılarına sosial dəstək işləri aparır. Son bir ayda bu kateqoriyalardan olan 4500-dən çox şəxs xüsusi qayğlı ilə, sosial dəstəklə əhatə edilib.

Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə çıxışı zamanı məlumat verib. Nazir o cümlədən, şəhid ailəsi üzvlərindən 1500-dən çoxuna artıq müvafiq sosial ödənişlərin təyin edildiyini, 1300 ailənin özünüməşğulluq proqramına cəlb olunduğunu deyib.

S.Babayev həmin insanlara reabilitasiya və sosial psixoloji dəstək yönümlü xidmətlərin də göstərildiyini qeyd edib.

Bildirib ki, son bir ayda şəhid və yaralanmış hərbçilərin ailələrindən 2 minədək ailə Nazirlik tərəfindən sosial psixoloji dəstəklə əhatə olunub. Onlardan bir qismi qurumun reabilitasiya müəssisələrində sosial psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib. Qalan hissəsinə evlərinə gedilməklə, səyyar formada psixoloji dəstək göstərilib. Bütün bu istiqamətlərdə işlər davam etdirilir.

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …