Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Sosial / 449 sürücü cərimələnib – DYP

449 sürücü cərimələnib – DYP

Bakıda DYP xidmətinin əməkdaşları tərəfindən paytaxt ərazisində yol hərəkəti qaydalarını pozmuş ümumilikdə 449, o cümlədən kobud qayda pozuntusuna yol verən, inzibati xəta tərkibi yaradan 175 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunub.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən xəbərə görə, Müəyyən olunan bir sıra avtomobillərdə çoxavazlı səs siqnalı, səs boğucular, sayrışan işıqlar, pərdə, plyonka və qanunla qadağan olunmuş digər avadanlıqlar quraşdırılan 9 nəqliyyat vasitəsi saxlanılaraq, mühafizəsi təmin olunan duracağa qoyulub, avtomaşını sərxoş halda idarə edən 18, yolu müəyyən olunmayan yerdən keçən 254 piyada barəsində müvafiq tədbirlər görülüb.

Paytaxt polisinin inzibati ərazisində xidmətin nümunəvi təşkili və aparılması, asayişin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir.

Həmçinin oxuyun

Hava şəraiti dəyişəcək – XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb. ETSN-dən daxil olan xəbərdarlığa görə, Bakıda …