Bazar , Noyabr 29 2020
Ana səhifə / Sosial / 4 rayonda modul tipli 8 məktəb quraşdırılacaq – 2 milyon 590 min manat ayrıldı

4 rayonda modul tipli 8 məktəb quraşdırılacaq – 2 milyon 590 min manat ayrıldı

Prezident İlham Əliyev Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, sərəncama əsasən Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında cəmi 444 şagird yerlik modul tipli 8 məktəbin quraşdırılması məqsədi ilə Azərbaycan Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 2 590 000 (iki milyon beş yüz doxsan min) manatı Təhsil Nazirliyinə ayrılıb.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək,  Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Sıra №-si Təhsil müəssisələrinin adları Ayrılan vəsait
1 Ağdam şəhər 85 nömrəli 96 şagird yerlik modul tipli köçkün tam orta məktəbin quraşdırılması 425 000
2 Tərtər rayonu Kovdadıq kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması 230 000
3 Tərtər rayonu Zolgəran kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 315 000
4 Füzuli şəhər 24 nömrəli 56 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 330 000
5 Füzuli şəhər 20 nömrəli 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 390 000
6 Laçın rayonu Ağbulaq kənd 56 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 330 000
7 Laçın rayonu Sonasar kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 285 000
8 Laçın rayonu Katos kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 285 000
Cəmi 2 590 000

 

Həmçinin oxuyun

Övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq

Prezident İlham Əliyevin təsdiqlədiyi yeni qanunlar valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin stimullaşdırılmasına, bu …