Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / “4 günlük müharibəni Putin başladıb”

“4 günlük müharibəni Putin başladıb”

“Rusiya Türkiyəyə qarşı istifadə etmək üçün PKK terrorçularını və Suriya ermənilərini Dağlıq Qarabağa yerləşdirir.”

“ Azinforum.az ” anspress-ə istinadən xəbər verir ki, bu iddiaları yerli mətbuorqanlardan birində yazdığı məqalədə İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani bildirib. Diplomat məqaləsində Türkiyə-Rusiya münasibətləri ilə yanaşı Azərbaycan və Ermənistan arasında baş vermiş son gərginliyi də şərh edib.

“Ankara və Moskva arasında başlayan gərginlikdən sonra Rusiya, erməni “kozr”ından Türkiyəyə qarşı istifadə edir. Rusiya suriyalı erməniləri və PKK ilə əlaqəsi olan bəzi şəxsləri Dağlıq Qarabağa yerləşdirərək Türkiyəyə qarşı onlardan istifadə etmək istəyir.”

Süleymani Azərbaycanla Ermənistan arasındakı gərginliyi də Rusiyanın yaratdığını deyib: “Rusiya, Azərbaycanın Qərbə yönəlmə prosesinin güclənməsinin qarşısını almaq, Azərbaycanı rəhbərlik etdiyi “Avrasiya İqtisadi Birliyi” və “Kollektiv Təhlükəsizlik Şurası” kimi quruluşlara daxil etmək, həmçinin Türkiyənin Cənubi Qafqazdakı nüfuzunun qarşısını almaq üçün Ermənistandan istifadə edir.”

Əfşar Süleymani bu gərginliyi konkret olaraq Rusiya prezidenti Vladimir Putinin alovlandırdığını yazıb: “Putin bu həmləsi ilə rəsmi Bakının Ankara ilə yaxınlaşmasının qarşısını almaq istəyir və Azərbaycana da “Avrasiya İqtisadi Birliyi”nə girəcəyi təqdirdə Ermənistanın işğalı altında olan bir çox bölgənin azad edilə biləcəyi mesajını verir.”

Keçmiş səfir SSRİ-nin süqutundan sonra Rusiyanın xarici siyasətini davam etdirmək üçün ətrafında baş verənlərə daim müdaxilə etdiyini bildirir: “Sovet İttifaqının süqutundan sonrakı dövrdə Rusiya xaricdəki siyasətini davam etdirmək üçün ətrafında yaratdığı qalmaqallara daim müdaxilə edir. Amma Rusiyanın mənfi və iqtisadiyyatına yük olan bu cəhdlərin ona bir xeyir verməsi uzaq ehtimaldır.”

İranlı diplomat rəsmi Moskvanın Türkiyədə effektiv və daimi qalmaqallar yaratmaq gücündən məhrum olduğunu qeyd edib: “Bu səbəblə də Rusiyanın bu cür cəhdlərlə Türkiyəyə zərbə vurması mümkün görünmür. Moskva lazımi səylərlə öz çevrəsini yaratmalıdır. Yoxsa orta və qısa vədədə uduzacaqdır.”

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …

Bir cavab yazın