Sosial şəbəkədə biz:

4 günlük iş həftəsi: Olsun, olmasın? - “Maaşın sabit qalacağı gözlənilir”

4 günlük iş həftəsi: Olsun, olmasın? - “Maaşın sabit qalacağı gözlənilir”

“4 günlük iş rejiminə keçid ideyası ilk baxışda cəlbedici görünür, amma özlüyündə bir sıra çətinlikləri mövcuddur". 

Bu sözləri “Yeni Sabah”a “HR Hunter” şirkətinin qurucusu, İnsan Resursları üzrə məsləhətçi İlkin Mirzəzadə deyib.

O, 4 günlük iş rejiminə keçidin ölkəmizdə necə qarşılanacağını şərh edib: pizza

“Pilot layihə kimi tətbiq olunması ilkin mərhələdə daha doğru yanaşma sayıla bilər. Hazırda dövlət idarələri və bir çox təşkilatlar 5, hətta bəzi hallarda 6 günlük iş rejimində fəaliyyət göstərir. Əgər yalnız özəl şirkətlər 4 günlük iş rejiminə keçsə, bu, müştəri itkisinə və xidmətlərdə boşluğa səbəb ola bilər. Digər tərəfdən, xarici bazarlarla işləyən, gəlirini əsasən beynəlxalq əlaqələrdən əldə edən şirkətlər üçün bu model daha real görünə bilər".

İlkin Mirzəzadə əlavə edib: "Əsas suallardan biri daha az işləyərək daha çox qazanmağın mümkün olub-olmamasıdır. Əməkhaqqının sabit qalacağı gözlənilir, əvvəlki qaydada artım da davam edəcək. Buna görə də kəskin dəyişiklikdən danışmaq çətindir. Lakin əlavə istirahət günü vətəndaşların daha çox istehlak etməsinə şərait yaradacaq. İnsanlar ailəsi ilə istirahət etməyə, əyləncə və alış-verişə daha çox vaxt ayıracaq ki, bu da iqtisadi dövriyyənin genişlənməsinə təkan verəcək. Nəticədə gəlirlər artmasa da, xərclərin çoxalması ehtimalı yüksəkdir.

Üstün cəhətlərdən biri isə işçi heyətinin daha rahat və motivasiyalı olmasıdır. Ancaq bu rahatlıq da yalnız müəyyən dövr üçün keçərli ola bilər. Zamanla işçilər yeni rejimə uyğunlaşaraq bunu da adi hal kimi qəbul edəcəklər”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol