Cümə , Oktyabr 22 2021
Ana səhifə / Sosial / 38 dərəcə isti olacaq

38 dərəcə isti olacaq

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən virtualaz.org-a verilən məlumata görə, iyunun 10-da Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 31-36, Bakıda gecə 20-22, gündüz 33-35 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 40-45 faiz təşkil edəcək.

Azərbaycan rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 10-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Həmçinin oxuyun

Çörək alarkən diqqətli olun – VİDEO

Sumqayıtda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları çörəkbişirmə sexində yoxlamalar aparıblar. Məlum olub ki, sexin şəraiti heç …