Bazar ertəsi , Dekabr 4 2023
Ana səhifə / Sosial / 326 saylı məktəbin direktoru verdiyi sözü tutmadı

326 saylı məktəbin direktoru verdiyi sözü tutmadı

Məlum olduğu kimi, tədris ili başlayanda valideynləri qayğılandıran məsələlərdən biri də məktəbli formalarıdır. Problenm ondadır ki, hər il formalar yeniləndiyi üçün bu, valideynlər üçün əlva xərcdir. Xüsusən də sosial vəziyyəti aşağı olan ailələr üçün. Bu günlərdə elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib ki, sosial durumu zəif olan ailələr vahid məktəbli formasını əldə etmək üçün məktəb rəhbərliyinə müraciət edə bilərlər. Ancaq problem ondadır ki, onun bu fikirlərinə heç də bütün məktəb direktorları əməl etmir.

Binə qəsəbəsi sakini Xəyal Məmmədov Azinforum.az-a şikayət edərək bildirdi ki, onun bununla bağlı 326 saylı orta məktəbin direktoru Elminaz Nadirovaya müraciəti nəticəsiz qalıb: “Neçə illərdir Binə qəsəbəsində yaşayıram. İki oğlum var və onlar 326 saylı orta məktəbdə oxuyurlar. Yoldaşımın müalicəsinə böyük miqdarda pul xərclədiyim üçün bu, bizim sosial vəziyyətimizə mənfi təsir edib. Üstəlik, fəhlə adamam. İş gah olur, gah olmur. Dərs başlamazdan əvvəl məktəbin direktoru Elminaz xanımın qəbulunda oldum məktəbli formasının alınması ilə əlaqədar çətinliklərin olduğunu dedim. Məqsədim o idi ki, məktəbin yardımı hesabına forma problemini həll edim. Direktor söz verdi ki, bununla əlaqədar mənə maddi kömək edəcək. Ancaq indiyə qədər heç bir əlaqə saxlamadılar. Əgər kömək etməyəcəkdisə, niyə söz verdi?”.

VİDADİ

Həmçinin oxuyun

Şəhriyar qəsəbəsində iki min nəfər susuz qalıb – VİDEO

Şamaxı rayonunun Şəhriyar qəsəbəsinin iki min nəfərin yaşadığı bir hissəsi susuz qalıb.Sakinlər yay-qış su daşımaq …