Ana səhifə / Sosial / 316 saylı uşaq bağçasında ağacəkmə aksiyası keçirildi – Fotolar/Video

316 saylı uşaq bağçasında ağacəkmə aksiyası keçirildi – Fotolar/Video

Dünən Xətai rayonunda yerləşən 316 saylı uşaq bağçasında yazın gəlişi ilə əlaqədar olaraq bağçanın həyətyanı sahəsində 320 nəfərlik uşaq və işçi heyətinin iştirakı ilə “Elimizə bahar gəlir” adı altında möhtəşəm tədbir keçirilib. 

Avropa.info xəbər verir ki, tədbirdə uşaqların böyük həvəslə hazırladıqları rəqslər, maraqlı kompozisiyalar və səhnəciklər nümayiş etdirilib. 

Qeyd edək ki, tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən respublikanın rayonlarında yaz ağacəkmə aksiyaları çərçivəsində baş tutub. ETSN-nin başlatdığı aksiyaya 316 saylı uşaq bağçası da qoşulub və nazirlik tərəfindən verilmiş 100 ədəd müxtəlif cinsdən olan meyvə və həmişəyaşıl ağaclar bağçanın həyətində uşaq və işçilərin iştirakı ilə əkilib. 

Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Şövkət Bəkirov, Bakı şəhəri Xətai Rayon Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəis müavini Teymur Mehdiyev, Bakı Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin Metodiki Mərkəzinin metodisti Hacıyeva Fatma, Bakı Şəhər İcra Hakimiyyəti Tədris və Təlim İşinin Təşkili İşinin sektor müdiri Günay Əhmədova, Qarabağ Əlilləri və Veteranları İctimai Birliyinin Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev, Xətai Rayon Bələdiyyəsinin sədr müavini və nümayəndələri və Xətai rayon bağça müdirələri iştirak edib. 

Həmçinin oxuyun

Bakının bəzi qəsəbələrində elektrik verilişində qısa məhdudiyyət olacaq

“Azərişıq” ASC-dən virtualaz.org-a verilən məlumata görə, qurum Nardaran, Bilgəh ve Buzovna (Albalılıq yaşayış sahəsi) qəsəbələrində …