Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / “30 və 50 bal toplayanların əmək haqqının eyni olması doğru deyil” – Ekspert

“30 və 50 bal toplayanların əmək haqqının eyni olması doğru deyil” – Ekspert

Millət vəkili Vüqar Bayramov 2024-cü ildə təhsilə ayrılan vəsaitlərin həcmində artımlar nəzərdə tutulduğunu deyib.

O bildirib ki, bu ilə təhsil sektoruna ayrılan vəsaitin məbləği əvvəlki il ilə müqayisədə 142.8 milyon manat artılaraq 4 milyard 549 milyon manata çatdırılıb. Bu vəsaitin 2 milyard 372 milyon manat vəsaiti birbaşa ümumtəhsil xərcləridir. Əmək haqqı artımları baxımdan digər mühim məqam bu il büdcədən 93.6 milyon manatın ayrılmasının nəzərdə tutulmasıdır. Bu vəsaitin 71 milyon manatı sertifikasiya, 22.6 milyon manat məktəb direktor və müavinlərinin maaşlarına əlavələrə yönəldiləcək. Bu isə o deməkdir ki, sertifikasiyada uğur qazanan müəllimlərin əmək haqqlarında artımlar olacaq. Bu il 30 min müəllimin sertifikasiya imtahanlarında iştirakı nəzərdə tutulur:

“Mövcud qaydalara əsasən, imtahan mərhələsində 30-50 bal toplayanların əmək haqqı 10, 51-60 ballıq nəticə göstərənlərin maaşları isə 35 faz artır. Differensial sistemin dəyişdirilməsinə və əmək haqqı artımlarının müasir qiymətləndirmə sistemlərinə uyğunlaşdırılmasına ehtiyac var. Bu baxımdan təklif edirik ki, ümumi sualların 80 faizindən çoxunu doğru cavablandırmış, yəni 48 bal toplamış müəllimlərimizin də əmək haqlarının 35 faiz artırılmasının maliyyə tutumu hesablansın və buna uyğun olaraq müvafiq qaydalara dəyişiklik edilsin”.

Sözügedən təkliflə bağlı Bakupost.az -a açıqlama verən təhsil eksperti Elşən Qafarov deyib ki, sertifikasiyadan keçən müəllimlərin əmək haqqının differensiallaşdırma formasında, tətbiqində dəyişiklik edilməsi zəruridir. Sertifikasiyadan 30-50 bal toplayan şəxslərin əmək haqqının cəmi 10 faiz, 51-60 faiz bal toplayanların isə 35 faiz artırılması ədalətli bölgü deyil:

“30 bal toplayanla 50 bal toplayanın əmək haqqında eyni artımın olması doğru deyil. Düşünürəm ki, 30-39, 40-49, 50-60 bal toplayanlara fərqli-fərqli artımların tətbiq olunması daha məqsədəuyğundur. Müəllimlərin əməyinin stimullaşdırılmasına doğurdan da differensiallaşdırılmış əmək haqqı sisteminin tətbiqi daha çox uyğun gəlir. Eyni zamanda, təklif edərdim ki, müəllimlərin əmək haqqı təkcə onların 5 ildən bir keçirilən sertifikasiya nəticələri ilə hesablanmasın. Onların şagirdlərinin olimpiadalarda uğurlu çıxışı, buraxılış imtahanlarında topladıqları nəticələr, Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihələrdə, müsabiqələrdə əldə etdikləri uğurlar, beynəlxalq dərgilərdə elmi pedaqoji araşdırmalarının olması və s. kimi nəaliyyətlər də nəzərə alınmalıdır”.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …